Bu rayonlarda iki gün su olmayacaq
Avqustun 27-28-də Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə "Azərsu" ASC məlumat yayıb.
Bildirilib ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhəri Tbilisi prospektindən keçən magistral su kəmərlərinin qəzalı hissələri dəyişdirilir:
"1960-70-ci illərdə çəkilmiş bu kəmərlər uzun illər istismar olunduğundan qəzalı vəziyyətə düşüb. Tbilisi prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən 160 mm və 500 diametrli polad magistral su kəmərləri müvafiq olaraq 160 mm və 400 mm diametrli polietilen su xətləri ilə əvəz olunur.
Yeni çəkilən su kəmərlərindən məhəllədaxili şəbəkələrə birləşmələr verilir. Hazırda ərazidə təmir briqadaları və xüsusi texnika intensiv qaydada işləyir. Bununla əlaqədar 27-28 avqust 2022-ci il tarixlərində Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3714 Tarix: 27 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabr