"ABŞ və Fransanın Şuşa səfərində olmaması onların ikili standartlarının əyani təzahürüdür"- Cavid Osmanov
Şuşada baş tutan tədbirdə ölkəmizdəki səfirliklərin nümayəndələri iştirak ediblər. Lakin ABŞ və Fransa səfirləri bu dəfə də Şuşaya səfər etməyiblər.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, ABŞ və Fransa nümayəndələrinin Şuşaya səfər etməməsi Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addıma çox böyük zərbə vurur:
"Şuşa növbəti dəfə mötəbər və beynəlxalq tədbirə ev sahibliyi edib. Bu dəfə 60-dan çox ölkənin ölkəmizdə fəaliyyət göstərən səfirləri və beynəlxalq təşkilatlardan nümayəndələr işğaldan azad olunmuş ərazilərdə, o cümlədən, Şuşada yenidənqurma və bərpa işləri ilə tanış olublar. Əlbəttə ki, Azərbaycan tərəfdən ardıcıl şəkildə bir daha həm işğaldan azad olan ərazilərdə ermənilərin törətdiyi böyük vandalizm aktları dünya ictimaiyyətinə çatdırılır. ABŞ və Fransanın Şuşa səfərində olmaması bir daha onların qeyri-konstruktiv baxışının, ikili standartlarının əyani təzahürüdür. Çox təəssüf ki, ABŞ və Fransa nümayəndələrinin Şuşaya səfər etməməsi Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addıma çox böyük zərbə vurur. ABŞ və Fransa bir daha riyakarlığını nümayiş etdirdi".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir