"Fransanın və ABŞ-ın bu mövqeyi heç başa düşülən deyil"-DEPUTATDAN AÇIQLAMA
"Azərbaycanın böyük zəfər qələbəsindən sonra yəni Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda sülh üçün çox böyük prespektiv yarandı.Erməni terrorçularının, quldurlarının Azərbaycan torpağından qovulması bölgə üçün uzun müddətli sülhün təməlini qoymuş oldu".
Bunu Sonxeber.az saytına olan açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O, bildirib ki, bu da Azərbaycan dövlətinin başçısının siyası iradəsi və Azərbaycan Ordusunun rəşadəti nəticəsində oldu.
"Bir daha qeyd etmək istərdim ki,terror müharibə təhdidləri aradan qaldırıldı, dünya iqtisadiyyatı üçün önəmli prespektivlər artıq mövcuddur. Zəngəzur dəhlizinin açılması və sülhün təmin olunması ölkələr arasında iqtisadi əlaqələrin geniş olması deməkdir. Bu istiqamətdə xeyli işlər həyata keçirildi. Artıq bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq sərhədlərin və kommukasiyaların açılmasını göstərə bilərik. Bütün bu proseslər gedir. Azərbaycan Qarabağda 30 il ərzində heç kimin köməyi olmadan dağılan talanan yerləri bərpa edir. Artıq vətəndaşlarımız öz dədə-baba yuvalarına qayıdı, ərazilər minalardan təmizlənir. Bu iki ilə yaxın müddətdə Azərbaycan çox böyük işlər həyata keçirir. Bu prosesləri bir çox dünyanın diplomatları, jurnalistləri öz gözləri ilə izləyirlər. Elə bu günlərdə Şuşada keçirilən beynəlxalq toplantıda demək olar ki, dünyanın əksər ölkələrinin nümayəndələri orda iştirak edir. Bütün b u proseslər və indiyə qədər iştirak edən nümayəndələr erməni vandalizmini görüblər. Artıq yeni bir düzən, yeni bir baxış davamlı sülhün təməli qoyulur. Bu konfransda isə buj qədər nümayəndlərin iştirak edib, Fransa nümayəndəsinin iştirak etməməsi bir tərəfdən başa düşüləndir , digər tərəfdən isə anlaşılmayandır. Başa düşülən odur ki Fransanın illər ərzində mövqeyi bizə məlumdur. Onlar hər zaman erməni terroruna dəstək verir. 44 günlük Vətən müharibəsində də Fransa hansı mövqeyi nümayiş elədiyini biz gördük. Fransanın və ABŞ-ın bu mövqeyi heç başa düşülən deyil. Bu Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"