"ABŞ və Fransalı diplomatların Qarabağ səfərində iştirak etməmələri..."- DEPUTAT
"Azərbaycanda akkreditə olunmuş qeyri rezident səfirlərin Füzuli və Şuşa şəhərlərinə səfəri müsbət hadisədir. Ən azından ona görə ki, 70 ölkəni təmsil edən diplomatik korpusun nümayəndələri Qarabağda 30 illik erməni işğalının nəticələrini öz gözləri ilə görəcəklər".
Bu sözləri Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, onlar müharibədən sonra qısa zaman ərzində Azərbaycanın icra etdiyi infrastruktur layihələri, tikinti-quruculuq-bərpa işləri ilə tanış olacaq, ərazidə aparılan minatəmizləmə əməliyyatlarını seyr edəcəklər:
"Diplomatlar real şəraitdə hər iki dövlətin apardığı siyasətlə tanış olmaq imkanı əldə edəcək, hansı xalqın qurucu, hansı xalqın isə, dağıdıcı xislətdə olduğunu görəcəklər. Bütün bunların əhəmiyyəti son dərəcə böyükdür. Çünki Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar getməsə də, informasiya müharibəsi bir an belə səngimir.
Son zamanlar Azərbaycan Ordusunun erməni təxribatlarına verdiyi qəti cavablar, Laçın rayonunun azad olunması və sülh danışıqlarına cəhdlər Qərbin müəyyən dairələrini, erməni millətçilərini narahat etməyə başlayıb. 30 illik işğal dövründə heç bir ciddi uğur əldə edə bilməyən Minsk qrupunu bərpa etmək planları, yeni xüsusi nümayəndənin təyin olunması xeyirxah niyyətdən irəli gəlmir, əksinə, həmin ölkələrin Cənubi Qafqazda daima gərginliyin saxlanılmasında maraqlı olduğunu göstərir".
Deputat vurğulayıb ki, ABŞ və Fransalı diplomatların Qarabağ səfərində iştirak etməmələri acı təəssüf hissi doğurur:
"Onların yenidən vasitəçilik cəhdləri sönməkdə olan ocağa benzin tökmək anlamına gəlir. Bu, təhlükəli oyundur və beynəlxalq hüququn normalarını inkar etmək deməkdir. Qarabağ münaqişəsi həll olunub və BMT TŞ-nın qətnamələri icra olunub. Qalan texniki məsələləri isə iki dövlət öz aralarında və yaxud üçtərəfli formatlarda razılaşdıracaqlar. Lobbi təşkilatları isə, nəyin bahasına olursa olsun, erməniləri düşdükləri bataqlıqdan çıxarmaq məqsədi güdür".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"