Ehtiyatlı olun, ANTİVİRUSLAR bu hallarda təhlükəli ola bilər-ARAŞDIRMA

Ehtiyatlı olun, ANTİVİRUSLAR bu hallarda təhlükəli ola bilər-ARAŞDIRMA"İnformasiya texnologiyaları inkişaf etdikcə İT avadanlıqlarda (kompüter, smartfon və digər...) təhlükəsizlik məsələləri bir o qədər də aktuallaşır. Amma təəssüf edirik ki, bəzi istifadəçilərin məlumatsızlığı və qeyri-ciddi yanaşması nəticəsində ciddi təhlükəsizlik problemləri də yaranır".

Bunu Sonxeber.az-a IT üzrə mütəxəssis Bəhruz Əliyev deyib.

O bildirib ki, bəzi hallarda özünü İT işçisi kimi təqdim edib, dəqiqləşdirilməmiş işlər görən qeyri-peşəkar davranan, səhlənkar şəxslər də var. Bu kimi şəxslər daha məsuliyyətli olmalı və sadə istifadəçiləri hərtərəfli düşünməlidir.
Ehtiyatlı olun, ANTİVİRUSLAR bu hallarda təhlükəli ola bilər-ARAŞDIRMA"Ümumiyyətlə saxta, qeyri-legal yolla ələ keçirilmiş nəinki antivirus heç bir avadanlıq və proqram təminatı istifadə edilməməlidir. Bu proqramları birisi pulsuz olaraq yaymağa çalışırsa, mütləq arxasında müxtəlif məqsədlər yatır. Məlumatlarınızı ələ keçirməkdən tutmuş, daxili infrastrukturunuzu, maraq dairənizi öyrənmək, sistemdə olan digər şəxslərin də informasiyalarını ələ keçirmək, istifadəçini lazımsız reklamlar və digər narahatedici mesajlarla yönləndirmək kimi məsələlər hamısı təhlükə mənbəyidir. Eyni zamanda saxta proqramlar sizin avadanlığın kamera və mikrafonunu da ələ keçirib, şəxsi həyatınızı şantaj obyektinə çevirə bilər".
Ehtiyatlı olun, ANTİVİRUSLAR bu hallarda təhlükəli ola bilər-ARAŞDIRMABu kimi halların qarşısını necə ala bilərik?

"1.Heç bir halda nəyəsə və kiməsə aldanıb, saxta və qeyri-legal yolla əldə edilmiş antivirus proqramları və digər proqramlar alınmamalıdır.
2.Aldığınız antivirus vəya digər proqram təminatlarını hər hansı bir qeyri-rəsmi şəxs və qeyri-rəsmi yolla yox, mütləq həmin proqramın rəsmi satış nöqtəsindən vəya partnyor şirkətdən alınmalıdır. Verilən proqramın aktivasiya açarını isə mütləq və sadəcə alıcıda qalmalı və digər şəxslərlə paylaşmamalısız. Əks halda aktivasiya açarınız başqaları tərəfindən istifadə edildiyi üçün, qara siyahıya düşə bilər və orjinal proqram təminatını itirə bilərsiniz. Qara siyahıdan qurtulmaq çox uzun prosedurlar tələb edən bir məsələdir.
3.Seçəcəyiniz antivirus barədə dünya üzrə olan reyting və istifadəçi şərhlərini mütləq oxumaq tövsiyə olunur. Bəzi antiviruslar sizin məlumatları 3-cu tərəfə də ötürə bilər vəya sizin komputerinizi izləyə, və digər məqsədlər daşıyan viruslar sala bilər. Hətta daha üstün versiyasını alasınız diyə ciddi məlumatlarınızı risk altında olduğunu qeyd edib, ödəniş tələb edə bilər.
Ehtiyatlı olun, ANTİVİRUSLAR bu hallarda təhlükəli ola bilər-ARAŞDIRMA4.Ümumiyyətlə əməliyyat sisteminə yüklənən antivirus və ya hər hansı bir proqrama qarşı ehtiyatlı yanaşmaq lazımdır və onun 3-cü tərəfə hər hansı bir adla məlumat ötürə biləcəyini unutmamalısız.
5.Antivirusun hər zaman və 100% kömək edəcəyi barədə fikir yalnışdır. Əgər yeni çıxan virusla antivirus tanış deyilsə, bu virus sizin avadanlığınızı yoluxduracaq. Ona görə istifadəçi hər zaman şübhəli məqamlardan çəkinməli və şübhəli saytlarda sörfing etməməlidir.
6.Antivirus yüklənildikdə komputerin bir qisim resursunu istifadə edərək, komputerinizin yavaş işləməsinə səbəbiyyət verə bilər. Eyni zamanda bəzi portları və servisləri bağlaya bilər. Bu halda sadə istifadəçini narahat edən çətinliklərlə olacaqdır.
7.Əsas məsələ odur ki, yüklədiyiniz əməliyyat sisteminin tövsiyə etdiyi antivirusu və ya qoruma sistemini işlədəsiniz və bütün antiviruslara aid olduğu kimi həmin sistemi də daim yenilənmiş (update) vəziyyətdə saxlayasız. Misal kimi orjinal Windows əməliyyat sistemi işlədərək, onun üzərindəki "Windows Security" kimi aplikasiyanı işlətməyi və onu həmişə yenilənmiş vəziyyətdə saxlamağı tövsiyə edirik. Eyni məsələni işlətdiyiniz smartfonlara da aid etmək olar. Hər bir smartfon markasınin özünün tövsiyə etdiyi təhlükəsizlik aplikasıyaları vardır. Digər antivirusları seçərək, 3-cu tərəflərə daha çox şərait yaratmaq tövsiyə olumur. 100% təhlükəsizilik mümkün olmasa da, bu faizə nə qədər yaxın olmağımız öz əlimizdədir. Profilaktik vəya qarşılaşdığınız, dəqiq bilmədiyiniz bir məsələdə hər zaman əlaqədar İT mühəndislərinə müraciət etmək məsləhətdir".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3840   Tarix: 30 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr