Bir gecədə 50 şəhid verən ölkədə konsert keçiriləcək? - ARAŞDIRMA- YENİLƏNİB
18 sentyabr Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınır. Festivalın proqramında olunan dəyişikliklərə əsasən yalnız elmi-nəzəri konfrans, usta dərsləri və akademik musiqi tədbirləri saxlanılır.
Həmçinin, teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır.
Allah şəhidlərimizə rəhmət eləsin!
13:30
Bildiyimiz kimi,Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.
Dünən 50 hərbi qulluqçumuzun şəhid olması xəbəri hər kəsin ürəyini dağladı. Ölkədə böyükdən kiçiyə hər kəs kədərlidir. 50 şəhid 10milyon yaralı ürək...
Bəs belə çətin günlərdə konsertlər, tədbirlər ləğv olunacaqmı?
Sabah ölkəmizdə Bilik Günüdür.
Elm və Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən məktəblərdə Bilik Gününün qeyd edilməyəcəyi barədə məlumatı təsdiq edib.
Bundan başqa yaxın günlərdə türkiyəli məşhurların ölkəmizdə konsertinin baş tutması ilə bağlı elanlar, xəbərlər var. Belə hüznlü gündə həmin konsertlərin keçirilməsi həqiqətən gözlənilir?
Keçirilsə belə kimlər orda iştirak edəcək axı bir halda ki hamımızın ürəyi cəbhədə döyünür.
Məsələ ilə bağlı Iticket-in mətbuat katibi ilə əlaqə saxladıq.
Konsertlərin təxirə salınması ilə bağlı sual ünvanladığımız zaman mətbuat katibinin cavabı bizi təəccübləndirdi.
"Ümumiyyətlə mənim nömrəmi sizə kim verib? Mənim ixtiyarım yoxdur sizə bu məlumatı verməyə.Lazım olarsa, məlumat saytda paylaşılacaq."
Daha sonra Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən verilən məlumata əsasən, hələ ki rəsmi heç bir məlumat yoxdur.
"Məsələ ilə bağlı rəsmi qərar təqdim olunarsa, ictimaiyyətə əlavə məlumat veriləcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı