"Açıq mikrofon"da bu dəfə Salyandan olan sahibkarların müraciətləri dinlənildi
"Bu günədək ölkə ərazisində 149 aksiya baş tutub ki, bunların 39-u sahibkarlarla görüş olub. SOCAR "#Azəriqaz" İstehsalat Birliyi səlahiyyətləri çərçivəsində sahibkarlığın inkişafı üçün lazımi dəstəyi göstərir və bundan sonra da göstərəcəkdir." Bu sözləri "Azəriqaz" İB-nin baş direktorun satış üzrə müavini Rəşad Cavadov Salyan rayonunda "Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla görüşü zamanı bildirib. O, həmçinin qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd sahibkarların üzləşdiyi problemlərin həlli və sahibkarlığın inkişafını daim diqqətdə saxlamaqdır.
Aksiyada çıxış edən KOBİA-nın şöbə müdiri Nicat Əlizadə bütün bölgələrdə olduğu kimi Salyanda da sahibkarların müraciətlərini dinləməyə və gələcəkdə hər hansı bir problemlə üzləşməmələri üçün məsləhətlər verməyə hazır olduqlarını qeyd edib. "Açıq mikrofon" aksiyasına qatılan 20-dən çox sahibkarın müraciəti dinlənilib. Səsləndirilən müraciətlərin əksəriyyətini təşkil edən məsələ istixanalarda standartlara uyğun olmayan qaz cihazlarının istismarına icazə verilməsi ilə bağlı olub. Baş direktorun müavini Rəşad Cavadov isə ünvanlanan bu müraciətlərə cavab olaraq sahibkarların diqqətinə çatdırıb ki, qeyd olunan məsələ qanunla tənzimlənir və Birliyin səlahiyyətləri çərçivəsində həyata keçirilir.
Digər müraciətlərdən biri isə debitor borcun hissə-hissə ödənilməsinə icazə verilməsi olub.
Aksiyada bəzi problemlərin yerindəcə baxılmasına qərar verilib. Bütün müraciətlər qeydə alındıqdan sonra Rəşad Cavadov "Təzəkənd" Qaz Paylayıcı Stansiyasının ərazisinə baxış keçirib.








Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı