"Səda TV" internet kanalının rəhbəri həbs edilib - RƏSMİ
Baş Prokurorluğun İstintaq idarəsində Əvəz Zeynalov və Elçin Sadıqovun təqsirləndirilmələrinə dair cinayət işi üzrə aparılan istintaq gedişində "Səda TV" MMC-nin direktor müavini olmaqla eyniadlı internet kanalının faktiki rəhbəri Elnur Şükürovun qanunsuz əməlləri ifşa edilib.
Prokurorluqdan verilən məlumata görə, istintaqla Elnur Şükürovun Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 hektar torpaq sahəsinin və 168 kvadratmetr tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədin əldə edilməsi müqabilində daşınmaz əmlakın alqı-satqısında vasitəçi xidməti göstərən Salman Nəsrullayevdən 50 min manat pul alaraq "Səda TV" internet kanalının imkanlarından istifadə etməklə tələb olunan arayışın verilməsinə dair müvafiq qərarın qəbuluna qanunsuz təsir göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Göstərilənlərə əsasən, sentyabrın 14-də Elnur Şükürov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1913 Tarix: 14 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabr