Şirkət rəhbəri eyni torpağı bir neçə nəfərə satır - Vətəndaşlar ETİRAZ EDİR - FOTO-VİDEO

Şirkət rəhbəri eyni torpağı bir neçə nəfərə satır - Vətəndaşlar ETİRAZ EDİR - FOTO-VİDEOAzərbaycanda özünü tikinti şirkətinin rəhbəri kimi qələmə verən iş adamı vətəndaşı aldadıb, başqa torpağı göstərərək qamışlıq ərazisini satıb.

Bunu Sonxeber.az-a müraciət edən Rəhimli Gülüzar Həsənağa qızı söyləyib.

O bildirib ki, özünü Hövsanda yerləşən "Günəşli İnşaat" tikinti şirkətinin rəhbəri kimi qələmə verən, lakin heç bir yerdə rəsmi qeydiyyatı olmayan Məmmədov Firutan Ələsgər oğlundan 9 il öncə (2014-cü ildə) torpaq sahəsi alıb:

"Firutan Məmmədov Hövsanda İbrahim adı ilə tanınır. Bir neçə ay öncə 9 ildir ki, külli miqdarda pul xərcləyib tikdiyim və hazırda yaşadığım evin çıxarışının başqa əraziyə aid olduğunu öyrəndim. Bundan başqa, mən Firutan Məmmədova 6000 min manat verib əlavə torpaq sahəsi almışam. Həmin torpaq sahəsində də ev tikmişəm. 6 aydır ki, bu insan 2 sot torpağın sənədlərini düzəltməkdən imtina edir. Nə zaman zəng edirəmsə, "bu gün-sabah" deyib, məni yola verir və ya zənglərimə cavab vermir.

6 aydır ki, Firutan Məmmədovla əlaqə saxlamağa çalışıram. Amma hər dəfə torpağı mənim adıma rəsmiləşdirməkdən imtina edir. Yaxın günlərdə eşitmişəm ki, mənə satdığı 2 sot torpağı və üzərindəki evi başqasına da satmaq istəyir. Hətta Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinin nümayəndələri ilə gəlib ölçüb-biçmə işləri də aparıb. Görünən odur ki, Firutan Məmmədov növbəti dəfə dələduzluq edərək bir torpağı bir neçə dəfə satmağa çalışır.

Qeyd edim ki, Firutan Məmmədov məndən başqa, bir neçə nəfəri də bu formada aldadıb, Təbii ki, burada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinin əməkdaşlarının da səhlənkarlığı olub. Çünki onlar sənət verən zaman hər iki tərəfin, yəni torpaq satanın da, alanın da iştirakını tələb etməli idilər".

Gülüzar Rəhimli vurğulayıb ki, onda bütün rəsmi sənədlər və torpağın çıxarışı var:

"Firutan Məmmədov hazırda bu cür dələduzluqla məşğuldur. Mən bu məsələ ilə bağlı bütün səlahiyyətli orqanlara müraciət edib, həmin şəxsin cəzalandırılmasını tələb edəcəyəm. Hətta cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya da müraciət edəcəyəm. İnsanların inamından istifadə edib, dələduzluq etmək olmaz! Adiyyəti orqanlardan bu məsələni araşdırmağı və Firutan Məmmədovun qanun çərçivəsində cəzalandırılmasını, eləcə də ondan aldığım torpaq sahələrinin, üzərində tikdirdiyim evlərlə birlikdə mənim adıma sənədləşdirilməsini xahiş edirəm. Hazırda torpaq və üzərindəki evlər onun adınadır".

Şirkət rəhbəri eyni torpağı bir neçə nəfərə satır - Vətəndaşlar ETİRAZ EDİR - FOTO-VİDEOŞirkət rəhbəri eyni torpağı bir neçə nəfərə satır - Vətəndaşlar ETİRAZ EDİR - FOTO-VİDEOŞirkət rəhbəri eyni torpağı bir neçə nəfərə satır - Vətəndaşlar ETİRAZ EDİR - FOTO-VİDEOŞirkət rəhbəri eyni torpağı bir neçə nəfərə satır - Vətəndaşlar ETİRAZ EDİR - FOTO-VİDEOŞirkət rəhbəri eyni torpağı bir neçə nəfərə satır - Vətəndaşlar ETİRAZ EDİR - FOTO-VİDEOŞirkət rəhbəri eyni torpağı bir neçə nəfərə satır - Vətəndaşlar ETİRAZ EDİR - FOTO-VİDEOŞirkət rəhbəri eyni torpağı bir neçə nəfərə satır - Vətəndaşlar ETİRAZ EDİR - FOTO-VİDEOŞirkət rəhbəri eyni torpağı bir neçə nəfərə satır - Vətəndaşlar ETİRAZ EDİR - FOTO-VİDEOAysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 16997   Tarix: 21 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021