Hacı Şahin Şəhidlərin dəfnində dini şüar səsləndirənlərə münasibət bildirib - VİDEO
"İmam Hüseyn (ə) Azərbaycan xalqı üçün məzhəbindən asılı olmayaraq əziz bir şəxsiyyətdir. İmam Hüseyn və Kərbəla mövzusu ayırıcı deyil, birləşdirici mövzudur".
BAKU.WS xəbər verir ki, bu sözləri REAL TV-yə açıqlamasında "Məşədi Dadaş" məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli bildirib.
QMİ nümayəndəsi əlavə edib ki, kimsə bu mövzudan sui-istifadə edib təxribat salırsa, İmam Hüseyn məramlarına zidd addım atır: "Azərbaycanın bir çox bölgələrində belə bir ənənə var ki, gənc bir insan dünyasını dəyişəndə İmam Hüseyn yad olunur, Ya Hüseyn şüarı səsləndirilir. Hətta fərqli məzhəblərin yaşadığı bölgələrdə də bu baş verir. Bunun heç bir xarici dövlətlə əlaqəsi yoxdur. Bu, Azərbaycan xalqının ənənəsidir.
Dini ayinlər dəfn mərasimində tam şəkildə icra olunur. Müdafiə Nazirliyinin əməkdaşları da buna şərait yaradır. Cənazə namazları bir çox halda Şəhidlər Xiyabanında qılınır. Dəfn prosesləri tam şəriət qaydalarına uyğun şəkildə həyata keçirilir.
Eyni zamanda bildirmək istəyirəm ki, hər şey yerində olmalıdır. Şəhid valideynlərinin də razılığı olmalıdır. Paralel şəkildə hər bir şey uzlaşdırılmalıdır. Milli şüarlarla dini şüarlar qarşı-qarşıya qoyulmamalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2185 Tarix: 15 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabr