"Açıq mikrofon" aksiyasında sahibkarlıqla məşğul olan abonentlərin də müraciəti dinlənildi (FOTOLAR)
"Artıq bir ildən çoxdur ki, bölgələrdə keçirilən "Açıq mikrofon" aksiyasında abonentlərin müraciətləri dinlənilir. SOCAR "Azəriqaz" İstehsalat Birliyi olaraq sakinlərin üzləşdiyi problemlərin həlli istiqamətində müəyyən işlər həyata keçirilir."
Sonxeber.az "Azəriqaz"a istinadən xəbər verir ki, bu sözləri Salyan Regional qaz istismarı İdarəsinin baş mühəndisi Ramin Səfərov bildirib.
Şirvanda keçirilən "Səyyar qəbul otağı"nda çıxışı zamanı qurum rəsmisi ünvanlanan müraciətlərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd edib. Aksiyada ilk olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan sakinlər müraciətlə çıxış ediblər. 10-a yaxın sahibkar istixanalarda standartlara uyğun olmayan qaz cihazlarının istifadəsinə icazə verilməsini xahiş ediblər.
Sakinlərdən 5 nəfərin-Elman Dadaşov, Səriyyə Rəhimova, Şamil Valehov, Nəbi Kərimov və Mizəxan Səlimovun müraciətləri eyni xarakterli olub. Adları çəkilən abonentlər mənzillərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini istəyiblər.
Hər bir müraciət Salyan Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin yerindəcə baxılmasına dair tapşırıqlar verilib.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 809 Tarix: 15 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabr