Zaqatalada şəhid Turan Məhərrəmovun dəfn mərasimi keçirildi - FOTO
Zaqatalada şəhid Turan Məhərrəmovun dəfn mərasimi keçirilib.
"Report"un məlumatına görə, rayonun Qımır kəndində doğulub boya-başa çatan Azərbaycan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Turan Tural oğlu Məhərrəmov doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib. Dəfn mərasimindən öncə şəhidin ruhuna hörmət olaraq yaylım atəşi açılıb, şəhidin ruhuna dualar oxunub.
Qeyd edək ki, 21 yaşlı Turan Məhərrəmov sentyabrın 13-də düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. T.Məhərrəmov nişanlı idi, oktyabrın 9-da toyu olacaqdı.







Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1162 Tarix: 15 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabr