Bir həftə əvvəl şəhid olan Ravilin xanımı: "Kirayə qaldığımız yerin sahibi soruşdu ki, evdən çıxırsınız?"

Bir həftə əvvəl şəhid olan Ravilin xanımı: "Kirayə qaldığımız yerin sahibi soruşdu ki, evdən çıxırsınız?"Erməni silahlı birləşmələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində şəhid olanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətovdur.

Əslən Cəbrayılın Yarəhmədli kəndindən olan Ravil Hümbətov 1987-ci il oktyabrın 10-da dünyaya göz açıb. Ravil Hümbətov Mədəniyyət və İncəsənət Universitetini bitirsə də, meylini hərbi sahəyə yönəldib.

Bu ilin mayında könüllü olaraq əməliyyat (komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olub.

"Ölümündən bir həftə əvvəl "mənimlə fəxr edəcəksən, Milli Qəhrəman olacağam" - dedi. Düşündüm ki, bəlkə Vətən müharibəsində döyüşdüyünə görə hansısa mükafat və ya medalla təltif olunacaq. Özündən də soruşdum. "Görəcəksən, soruşma" - deyə söhbəti yayındırdı... Sən demə şəhid olacağını nəzərdə tuturmuş... İndi şəhidin özündən sonra 3 yaşlı və 5 aylıq qız övladları qaldı..."

Bu sözləri ürək yanğısı ilə Bizim.Media-ya şəhidin həyat yoldaşı Leyla Hümbətova deyib.

O, iki azyaşlı qızlarının hər gün atalarını axtarmalarına dözə bilmədiyini dilə gətirib:

"İkinci övladını cəmi 2 gün görə bildi. Xidmətdə olduğu dövrdə hər gün görüntülü danışırdıq.

"Qızlarımı göstər" deyirdi. Onun yoxluğu çox ağırdır. İndi 3 yaşlı qızımın "Atam gələcək?" sualına cavab verə bilmirəm. Sonuncu dəfə onunla sentyabrın 12-si gecə danışdıq. Mənə "ola bilər ki, telefonuma zəng çatmasın. Sən narahat olma. Özüm sizə zəng edəcəyəm. Elə bir yerə gedəcəyəm ki, orada şəbəkə olmayacaq" - dedi. Ürəyimə şübhə düşdü. Səhər 6-ya 27 dəqiqə işləmiş "WhatsApp"da olduğunu gördüm. Tez ona yazdım ki, xəbər alım. Mesajım çatmadı. Zəng etdim, əlaqə baş tutmadı. 3 saat sonra şəhid xəbərini aldım. Bəlkə də telefonunu əlinə alıb ki, bizə yazsın və nəsə desin. Amma yazmayıb... Məlumat var ki, saat 6-7 aralığında şəhid olub".

Şəhidin həyat yoldaşı ilə söhbətdə o da məlum oldu ki, Leyla Hümbətova 2 azyaşlı övladı ilə kirayədə qalır:

"Bir neçə gün əvvəl ev sahibi kirayə haqqını almaq üçün gəlmişdi. Məndən soruşur ki, çıxırsınız, ya qalırsınız? Dedim getməyə yerimiz yoxdur, hara gedək? Bu dəfə 370 manatı ödədik, getdi.

Əvvəl rəqs müəllimi kimi çalışmışam. İkinci övladım olandan sonra işləmirəm. Hələ ki heç yerdən maddi dəstəyim yoxdur. Özüm də heç kimə və heç yerə müraciət etmirəm. İki qız böyüdürəm, bilirəm ki, mənə çox çətin olacaq", - şəhidin həyat yoldaşı əlavə edib.

Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətov II Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, Ravil Hümbətov İkinci Qarabağ savaşında da Qubadlı, Füzuli və Cəbrayıl istiqamətlərində qəhrəmancasına vuruşub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6359   Tarix: 20 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021