Şəhid Eşqin Omarovun atası: "Dərsdən qayıdandan sonra çoban işləyərək evə maddi dəstək olurdu"
"Hərbi xidməti bitirməsinə cəmi üç ay qalmışdı. Mən onun xidməti harada və necə keçməsindən xəbərsiz oldum. Nə vaxt yığdımsa, dedi ki, narahat olma, yaxşıyam".
Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada şəhid Eşqin Omarovun atası Nəsib Omarov söyləyib.
Eşqin Omarov Ermənistanın sonuncu təxribatları zamanı şəhid olub. O, 2003-cü ildə Ağstafanın Aşağı Kəsəmən kəndində anadan olub. İki bacının tək qardaşı idi.
Eşqin yeganə oğul övladı kimi ailənin dolanması üçün lap uşaqlıqdan valideynlərinə kömək etməyə başlayıb.
"Dərsdən qayıdandan sonra çoban işləyərək ailəsinin maddi ehtiyaclarının qarşılanmasına köməklik göstərirdi. Eşqin hərbi xidmətə yollandığı zaman çox sevinirdi. Deyirdi ki, hərbi xidməti bitirdikdən sonra könüllü olaraq orduda qalacaq və gələcək planları da yalnız hərblə bağlı olacaq".
Şəhidimiz həmçinin sürətli qaçışı ilə də hər kəsi təəccübləndirərmiş. Qonşulardan kiminsə bir ehtiyacı olduğu zaman o, işi qısa zamanda həll edərək geri dönərmiş.
Bu sözləri şəhid Eşqin Omarovun bibisi oğlu Səməndər Batıyev və onu tanıyan Aşağı Kəsəmən kəndinin sakinləri söyləyirlər. Əmisi Əli Omarov da onu istiqanlı biri kimi xatırlayır:
"Çox mehriban idi. Bu uşaq özünü dərk etdiyi ilk gündən zəhməti ilə çalışdı. Bir sözlə, yediyi hər loğmanı alın təri ilə əldə etdi. Ailənin bütün yükünü çəkdi. Qanı bahasına torpaq qazandı".
Şəhidimizin atası yeganə oğlunun şəhidlik xəbərini də naxırı evə qaytararkən eşidib:
"Evə gələrkən həyətimizə xeyli adam toplaşdığını gördüm. Mənə dedilər ki, oğlum yaralıdır. Sonradan isə məlum oldu ki, onun ölümünü məndən gizlətmək üçün belə deyiblər. Həyatdakı ən böyük dayağımı itirmişəm. Oğlumun yoxluğunun həyatımda açdığı boşluğu heç nə doldura bilməyəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7106 Tarix: 21 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021