Məcburi köçkünlərin evləri kimlərə veriləcək? - AÇIQLAMA
Bildiyimiz kimi, 30 illik işğaldan sonra Qarabağa qayıdış reallaşıb. Zəngilan rayonun Ağalı kəndinin sakinləri öz dədə-baba yurdlarına qayıdıblar. Artıq "Qarabağa Böyük Qayıdış" planı üzrə Ağalıya köçən sakinlər orada evlə təmin olunublar. Sual yaranır ki, Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın ermənilər tərəfindən işğalından sonra Bakıda və digər bölgələrdə məskunlaşan məcburi köçkünlərə dövlət tərəfindən verilmiş evlərin aqibəti indi necə olacaq?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev BiG.AZ-a bildirib ki, məcburi köçkünlər üçün tikilmiş evlərin bir hissəsi şəhid ailələrinə veriləcək, digər hissəsi isə satışa çıxarılacaq:
"Bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yaymışdı. Məcburi köçkünlər üçün tikilmiş evlərin sayı təxminən 5 min civarındadır və bir hissəsi şəhid ailələrinə veriləcək, digər hissəsi isə satışa çıxarılacaq. Əldə olunan gəlirlə bölgələrdəki şəhid ailələrinə və qazilərə evlər tikiləcək.
Biri var məcburi köçkünlərin öz şəxsi əmlakı, biri də var dövlət tərəfindən müqavilə yolu ilə verilən evlər. Həmin şəxslərə dövlət tərəfindən verilmiş evlər kirayə və satış bazarına çıxarıla bilməz.
Məcburi köçkünlər üçün tikilmiş evlər mərkəzdə deyil, Abşeron rayonu və Bakı ətrafı yerlərdədir. Qiymətlər də əraziyə görə münasibdir. Çünki həmin ərazilərdə satış qiymətləri baha deyil. Digər tərəfdən isə, bu binalar dövlət tərəfindən tikildiyinə görə, xərci digər tikinti şirkətlərindən daha azdır. Çünki dövlət sifarişi və xətti ilə tikilən yaşayış məntəqələrinin torpaqları dövlət tərəfindən pulsuz verilir. Amma hər hansı bir tikinti şirkəti bina tikərsə, torpağın pulu, əlavə ödənişlər, vergilər nəzərə alınır və mənzillər baha satılır. Düşünürəm ki, bu mənzillər həmin ərazidəki bazar dəyərindən daha aşağı qiymətə satışa çıxarılmalıdır".
Ekspert məcburi köçkünlərin evlərinin dövlət tərəfindən geri alınıb-alınmaması məsələsinə də toxunub:
"Dövlət verdiyi evi o zaman geri alacaq ki, həmin şəxs evlə təmin olunmuş olsun. Azad olunan ərazilərin bərpası uzun illər davam edəcək. Çünki bu torpaqlarda hələ də minalanmış ərazilər var və erməni təxribatları davam edir. İki ilə yaxın müddətdir ki, əsas infrastruktur və kommunikasiya işlərinə diqqət ayrılır. Tikinti işlərinin aparılması üçün mütləq şəkildə yol olmalıdır, işıq, qaz və su xətləri çəkilməlidir. Bu xətlər çəkildikdən sonra yaşayış məntəqələri tikilməlidir. Yaşayış məntəqləri ilə paralel həmin ərazilərdə iaşə obyektləri, dövlət obyektləri inşa edilməlidir. Yalnız bundan sonra vətəndaşlar həmin ərazilərə köçürülə bilər. Bu, mərhələli şəkildə aparılmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı