"Prezident İlham Əliyevin "27 sentyabr-Anım Günü" ilə bağlı imzaladığı sərəncam xüsusi əhəmiyyət kəsb edir" - Deputat

"Prezident İlham Əliyevin "27 sentyabr-Anım Günü" ilə bağlı imzaladığı sərəncam xüsusi əhəmiyyət kəsb edir" - Deputat"Ötən əsrin sonlarında, ikinci dəfə dövlət müstəqilliyini əldə etmiş Azərbaycan xalqı tarixinin ən mürəkkəb sınaqları ilə üz-üzə qaldı. Qarabağ və ətraf rayonların işğalı nəticəsində on minlərlə gənclərimiz şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin".

Bu sözləri Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, xalqımız, dövlətimiz, Vətən uğrunda canlarından keçmiş əsgərlərimizin, zabitlərimizin xatirəsini əziz tutur və hər zaman onları dərin ehtiramla yad edir:

"Bu baxımdan, Prezident İlham Əliyevin "27 sentyabr-Anım Günü" ilə bağlı imzaladığı sərəncam xüsusi əhəmiyyət kəsb edir. 7-dən 70-ə milyonlarla insan ölkənin bütün şəhər və rayonlarında müqəddəs ziyarətgahlara çevrilmiş Şəhidlər Xiyabanına axışır, şəhidlərin ruhuna dualar oxunur.

İki il öncə sentyabrın 27-də, səhər saatlarında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya kanalları vasitəsilə Azərbaycan xalqına tarixi müraciətini etdi.

Bilirsiniz ki, 2020-ci ilin sentyabrın 26-da Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək, bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdular. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar oldu. Əlbəttə, Azərbaycanın Müzəffər Ordusu onların qanını yerdə qoymadı. Biz öz torpağımızda vuruşuruq. Azərbaycan ordusu Azərbaycan torpağında düşmənə sarsıdıcı zərbələr endirir, ölkəmizin ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir və Biz zəfər çaldıq. Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır!"

Deputat vurğulayıb ki, Ali Baş Komandanın tarixi çıxışı, etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarını, dünya azərbaycanlılarını vahid yumruq kimi birləşdirdi, beynəlxalq miqyasda isə çaxnaşmalara səbəb oldu və gündəmin əsas müzakirə mövzusuna çevrildi:

"Ermənistanın şər maşını işə düşdü. Baş nazir Nikol Paşinyanın yalvarışlarından sonra böyük dövlətlərin başçıları, beynəlxalq təşkilatlar bir-birinin ardınca Prezident İlham Əliyevə zəng edir, bəziləri isə yalançı faktlarla, həddən artıq canfəşanlıqla müharibənin dərhal dayandırılmasına çağırırdılar. Planetin ən nüfuzlu mətbuat orqanları, televizya kanalları Azərbaycana fokuslanmışdı.

Döyüş əməliyyatlarında olduğu kimi, informasiya müharibəsinə də bilavasitə Prezident İlham Əliyev başçılıq edirdi. Ölkə başçısının 40-a yaxın müsahibəsi Ermənistanın 100 ildən bəri formalaşdırdığı miflərin darmadağın olması ilə nəticələndi. Hətta, ənənəvi olaraq, açıq şəkildə ermənipərəst mövqeyi ilə seçilən mətbuat nümayəndələri, politoloqlar belə, cənab Prezidentin savadını, yüksək peşəkarlığını, diplomatik qabiliyyətini etiraf etmək məcburiyyətində qalırdılar.

Eyni zamanda, xarici ölkələrdə yaşayan soydaşlarımız mitinqlər, nümayişlər təşkil edir, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır, erməni diasporunun yalanlarını ifşa edirdilər.

Millət vəkilləri, ziyalılar, politoloqlar tərəfindən müxtəlif ölkələrin parlamentariləri, beynəlxalq təşkilatlara məktublar yazılır, dünya Ermənistan rəhbərliyinin provakativ davranışları, "Qarabağ Ermənistandır, nöqtə" , "Yeni ərazilər üçün yeni müharibə" tezislərinin müharibəyə səbəb olması ilə bağlı məlumatlandırılırdı. Bir sözlə, xalq bir nəfər kimi müharibəyə köklənmişdi. Ermənistanda 10 mindən artıq fərari qeydiyyata alınsa da, Azərbaycanda belə bir hala rast gəlinməmişdi.

Zəfər yolunun taleyüklü mərhələsi 27 sentyabrdan başlayır və 44 günlük Vətən müharibəsinin hər günü Müzəffər Ordumuzun irəliləyişi ilə tarixə düşüb. Hər günün yekununda xalq Ali Baş Komandanın canlı müraciətini böyük səbirsizliklə gözləyir, işğaldan azad olunmuş yaşayış məntəqələrinin, məhv olunmuş döyüş texnikalarının, silahların siyahısını həyəcanla dinləyirdilər.

Beləliklə, noyabr ayının 8-də hər bir azərbaycanlı üçün müqəddəs olan Şuşa şəhəri azad olundu. Noyabrın 10-da isə düşmən kapitulyasiya aktına imza atdı. Dünya erməniliyinin əsrlərdən bəri təbliğ etdiyi arzuları puç oldu".

Deputat vurğulayıb ki, müharibədən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etmək istəmir:

"Ermənistan Zəngəzur dəhlizini açmaq istəmir, sərhədlərin delimitasiya, demarkasiya məsələlərinə başlamır, silahlıları Qarabağdan çıxarmır. Müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından yayınır, ağır məğlubiyyətdən nəticə çıxarmır və qlobal güclərin əlində "maşa" rolunu oynamaqda davam edir. Onların son təxribatları nəticəsində yenidən şəhidlər verdik və qisasımız da ermənilər üçün sarsıdıcı oldu.

Dünyada olduqca mürəkkəb proseslər gedir. Yeni dünya nizamı formalaşır və yeni qurulan təhlükəsizlik sistemində Azərbaycanın dövlət, milli maraqlarının qorunması üçün ən yüksək standartlara cavab verən ordunun, inkişaf etmiş iqtisadiyyatın, milli birliyin olması şərtdir.

Müşahidələr göstərir ki, Cənubi Qafqazda, Ermənistanla yanaşı, gərginliyin saxlanılmasında maraqlı olan kifayət qədər xarici qüvvələr var. Onlar sülhün yaranmasını, tarixi erməni məsələsinin gündəlikdən tamamilə çıxarılmasını öz geosiyasi maraqları üçün təhlükə olaraq görürlər. Ona görə də biz, xalq, dövlət olaraq, hər an xarici təhdidlərə hazır olmalı, artıq özünü hərb meydanlarında, diplomatik masada təsdiq etmiş Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməliyik".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1834   Tarix: 26 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr