"Azərbaycan nəinki indiki şəraitdə, hətta torpaqlarımız isğal altında olduğu dövrdə belə separatçıları tərəf kimi qəbul etməyib"

"Azərbaycan nəinki indiki şəraitdə, hətta torpaqlarımız isğal altında olduğu dövrdə belə separatçıları tərəf kimi qəbul etməyib"Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı Azərbaycanın Dağlıq Qarabağla danışıqlara başlaması gərəkdiyini bildirib.
Bununla bağlı Sonxeber.az-a danışan politoloq Anar Əliyev bildirib ki, bu, Paşinyanın ağalarının sifarişi əsasında danışıqlar prosesini pozmağa xidmət edən, heç bir real nəticə doğura bilməyəcək əsassız yanaşmadır:

"Təəssüf ki, son günlər Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı yaranmış real şanslara zərbə vuracaq qədər ciddi aktivlik müşahidə olunur. Böyük güclər və onun əlaltıları Ermənistanla Azərbaycanın sülh müqaviləsi imzalanmasına maneəçilik törədəcək, Ermənistan cəmiyyətində yanlış təsəvvürlər formalaşmasına xidmət edən bəyənatlar səsləndirirlər. Mən Amerika nümayəndələr palatasının spikerinin, eləcə də Fransa prezidentinin bəyənatlarını xatırlatmaq istəyirəm. Yunanıstanın xarici işlər nazirinin İrəvana səfəri zamanı səsləndirdiyi xəritələrin dəyişdirilməsi kimi bəyanatı onu göstərir ki, Ermənistan Azərbaycanla 31 avqust Brüsseldə keçirilən görüşdən sonra münasibətlərin sülh müstəvisində inkişafına real şansların yarandığı münasibətlərin formalaşmasını istəməyən dövlətlər müxtəlif variantlardan istifadə etməklə daha da gərginləşdirməyə çalışırlar. Paşinyanın Fransaya səfəri və Makronla görüşdən sonra belə bəyənat səsləndirməsi də onu göstərir ki, Makron Paşinyana Azərbaycanla sülh müqaviləsinin imzalanmasından yayınmağı və yeni alətlərlə prosesin uzadılmasını başa salıb. Paşinyan vaxt qazanarsa, yeni yarana biləcək situasiyada Ermənistan üçün daha məqbul şərtlər ilə danışıqlar aparmaq imkanının yaranacağını göstərib. Əslində mən bunu Paşinyanın Azərbaycanla bütün sülh danışıqlarına son qoyub dayandırması kimi qiymətləndirirəm. Çünki Azərbaycan birmənali şəkildə bəyan edib ki, Dağlıq Qarabağ deyilən bir coğrafi ərazi mövcud deyil. Azərbaycan nəinki indiki şəraitdə, hətta torpaqlarımız isğal altında olduğu dövrdə belə separatçıları tərəf kimi qəbul etməyib. Ona görə də Paşinyanın Azərbaycanla sülh danışıqları əvəzinə Azərbaycan Dağlıq Qarabağla danışıqlara başlamalıdır fikri ağalarının sifarişi əsasında danışıqlar prosesini pozmağa xidmət edən, heç bir real nəticə doğura bilməyəcək əsassız yanaşmadır. Mən hesab edirəm ki, bu, Ermənistan dövlətinin növbəti dəfə proseslərdən , üzərinə götürdüyü öhdəliklərdən yayınma cəhdidir. Kifayət qədər beynəlxalq dəstək və təzyiq mövcuddur ki, Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycanla danışıqlardan yayınsın və hansısa məchul gündə Ermənistan maraqları üçün normal şəraitin formalaşmasını gözləsin. Amma unudurlar ki, Azərbaycan yerində saymır, hər gün öz mövqeyini daha da gücləndirir. Azərbaycan çoxşaxəli inkişafını davam etdirir, hərbi hazırlığını günbəgün artırır. Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütöv büdcəsinə bərabərdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan da Ermənistanın, onu havadarlarının sifarişi ilə törədilə biləcək təxribatlara hər zaman hazırdır. Ermənistan Azərbaycanla sülh danışıqlarına getməzsə, Azərbaycanın ərazi bütövlüyünü tanımazsa, Zəngəzur dəhlizinin açılması istiqamətində addımlara başlamazsa, Azərbaycanın əlində kifayət qədər real mexaizmlər var ki, onları işə salmaqla Ermənistana daha ciddi zərbələr vurulsun. Bu addımlardan daha çox zərər çəkən tərəfin Ermənistan olduğunu göstərə bilsin. Bunun üçün ilkin olaraq məhz Laçın dəhlizinin yeni alternativ yoluna Azərbaycan müvafiq qurumlarının nəzarət mexanizminin formalaşdırılması lazımdır ki, Ermənistan qısa müddətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə, Azərbaycan bu istiqamətdə ilkin addımlar həyata keçirə biləcək. Bundan başqa, Ermənistan unutmasın ki, işğal dövründə Azərbaycan bir çox beynəlxalq iqtisadi enerji, loqistik layihələrdən Ermənistanı kənarda saxladığı kimi bütün regional layihələrdən onu kənarda saxlamaq gücündədir. Bununla da Ermənistan düşdüyü böhran vəziyyətini daha da ağırlaşdıracaqdır. İki gün oncə Ermənistanın keçmiş prezidenti, Ermənistanda çox az sayda olan ağıllı insanlardan biri Levon Ter Petrostan İctimai kanala müsahibəsində bəyan etdi ki, bu gün Ermənistanın yeganə yolu Azərbaycan və Türkiyə ilə sülh danışıqlarına getməkdir. Alət olaraq Azərbaucan və Türkiyə ilə münasibətlərin gərginləşdirilməsi Ermənistan dövlətinin məhvinə gətirib çıxara bilər. Bunu mövcud hakimiyyət və Ermənistan elitası yaxşı dərk etməlidir. Ter Petrosyanın bu bəyənatı reallıqların diktə etdiyi şərtlərin aydın izahı idi. Ermənistan cəmiyyəti nəhayət ki, özünü qoruma instinktindən çıxış edib Ermənistan hərbi-siyasi elitasına təzyiq edərək Azərbaycanla sülh müqaviləsinin bağlanmasını və bölgədə sülhün əldə olunmasına çalışmalıdır. Əks halda 12-14 sentyabr təxribatlarına cavab olaraq Azərbaycanın atdığı addımların mütəmadi təkrarlanacağını unutmamalıdır".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2016   Tarix: 29 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr