"Torpaqlarımızı azad edən Müzəffər Ordunun qurucusu məhz Heydər Əliyevdir"-Deputat
"Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 20 yanvar hadisələrində Moskvada SSRİ rəhbərliyini açıq şəkildə tənqid edib, mətbuat konfransı keçirərək Bakıda baş verənləri dünya birliyinə çatdırıb,1993-cü ilin iyununda vətəndaş müharibəsinin, separatçılığın qarşısını alıb və Azərbaycanı parçalanmaqdan xilas edib".
Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, ilk müstəqil konstitusiyamız onun bilavasitə rəhbərliyi ilə qəbul edilib, bugünkü güclü iqtisadiyyatımızın əsasını təşkil edən, əsrin neft kontraktları imzalanıb, hüquqi dövlət qurulub, cəmiyyətin bütün sahələrində islahatlar aparılıb:
"Azərbaycanda yaşayan bütün xalqları öz ətrafında birləşdirən Azərbaycançılıq ideologiyasının banisi, işğal altında olan torpaqları azad edən Müzəffər Ordunun qurucusu məhz Heydər Əliyevdir. Azərbaycanı beynəlxalq miqyasda tanıtdıran, müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımızı bir araya gətirməklə diaspor təşkilatlarının əsasını qoyan və dünya azərbaycanlılarının həmrəylik gününü rəsmi dövlət bayramı olaraq təqvimə yazdıran Heydər Əliyevdir.
Bir sözlə, Ümummilli liderin Azərbaycan dövləti qarşısındakı xidmətləri sonsuzdur və illər ötdükcə, dünyada baş verən hadisələri təhlil etdikdə onun dahiliyi daha qabarıq şəkildə özünü göstərir. Azərbaycan xalqı hər zaman öz xilaskarını dərin minnətdarlıq hissi ilə xatırlayacaq. Ona görə də 2023-cü ilin "Heydər Əliyev ili" kimi qeyd olunması bir vəfa borcudur və hər kəsin ürəyincədir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 867 Tarix: 30 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr