"Zəfər münasibəti ilə Azərbaycan Prezidentini, ordumuzu alqışlayanlar bu gün erməniləri müdafiə edirlər" - Deputat
"Dövlətimizin başçısı cənab İlham Əliyevin şəhidlərimizin Anım Gününü Füzulidə qeyd etməsi və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycan əsgərinin ilk hücuma keçdiyi yerləri ziyarət etməsi qəlbimizi qürur, fəxarət hissi ilə doldurdu".
Bu sözləri Sonxeber.az-a danışan deputat Jalə Əhmədova deyib.
Deputat qeyd edib ki, cənab Prezident həmişə belə olub:
"Ali Baş Komandan Azərbaycan xalqının ən çətin günlərində yanında olub və bununla da vətəndaşlarına tək olmadıqları mesajını verib. O, Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə ucaldılmış abidəni ziyarət edərkən Azərbaycan əsgərinin məhz buradan hücuma keçdiyini, igid əsgər və zabitlərimizin burada şəhid olduğunu bildirib. Davamlı olaraq Qarabağa səfər edən cənab Prezidentin məhz Anım Günü bu bölgəyə səfər etməsini xüsusi vurğulamaq lazımdır. Gəlin biz də öz vətəndaşlıq borcumuzu dərk edərək addım ataq".
Deputat vurğulayıb ki, son erməni təxribatlarında ölkəmizi ittiham edən, özlərini müxalifətçi adlandırıb erməni "dəyirmanına su tökən"lərə uymamaq lazımdır:
"Çünki belələrinin yaddaşı çox "zəif"dir, dünən dediklərini bu gün təkzib edirlər. Zəfər münasibəti ilə Azərbaycan Prezidentini, ordumuzu alqışlayanlar bu gün erməniləri müdafiə edirlər.
Odur ki, bir çox xarici qüvvələrin, eləcə də "sapı özümüzdən olan baltalar"ın karına gələn addımlardan uzaq olmalı, hər bir addımımızı yüz ölçüb, bir biçməliyik. Hər zaman vətəndaşının yanında olan dövlətimizin başçısının ətrafında sıx birləşməli və 44 günlük Vətən müharibəsində olduğu kimi, milli birlik və həmrəylik nümayiş etdirməliyik".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1193 Tarix: 30 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr