Prezident İlham Əliyevin şərəfinə nahar verilib - YENİLƏNİB + FOTO

Prezident İlham Əliyevin şərəfinə nahar verilib - YENİLƏNİB + FOTOSentyabrın 30-da Sofiyada Bolqarıstan Respublikasının müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.

AZƏRTAC xəbər verir ki, Bolqarıstanın müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donev dedi:

-Hörmətli cənab Prezident Əliyev.

Hörmətli cənab nazirlər, Azərbaycan nümayəndə heyətinin üzvləri.

Mən Sizi Bolqarıstan Respublikasında salamlamaqdan olduqca məmnunam. Bu səfər ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Əminəm ki, səfəriniz nəinki bu il intensiv qaydada apardığımız siyasi dialoqa töhfə verəcək, o cümlədən həm enerji təhlükəsizliyi, həm qarşılıqlı maraq doğuran bütün digər sahələrdə ölkələrimiz arasında əməkdaşlığı daha da genişləndirəcək və inkişaf etdirəcək.

İnanıram ki, son illər ərzində iki ölkə arasında yüksək və ali səviyyələrdə aparılan fəal strateji dialoq dostluq və qarşılıqlı hörmət əsasında inkişaf yolu ilə davam edəcək və o, hazırkı mürəkkəb geosiyasi hadisələr baxımından daha da əhəmiyyətlidir.

Hesab edirəm ki, səfəriniz coğrafi mövqeyimizdən daha yaxşı bəhrələnməyə və nəinki xalqlarımız, eləcə də bütün Avropa üçün daha böyük sabitliyə, proqnozlaşdırmaya və əminliyə töhfə verəcək.

Əlbəttə ki, şəxsən mənim və bütün bolqarların dərin hörmət bəslədiyi Heydər Əliyev Fondunu qeyd etməliyəm. Bu Fondun Bolqarıstanın qədim paytaxtı Veliko Tırnovo şəhərindəki "Trapezitsa" tarixi kompleksinin bərpasına və inkişafına verdiyi töhfəsi mədəniyyət sahəsində yaxşı əməkdaşlıq və əlaqələrin nümunəsidir.

Bir daha xoş gəlmisiniz və Sizə uğurlu səfər arzu edirəm.

X X X

Prezident İlham Əliyev dedi:

-Cənab Baş nazir, təşəkkür edirəm. Sizi görməyimə çox şadam. İkitərəfli münasibətlərimizə aid mühüm məsələləri müzakirə etmək fürsətinə görə çox məmnunam. Əminəm ki, bu səfər ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcək və Bolqarıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq yeni dinamika qazanacaq.

Uzun illər ərzində, əslində, artıq yeddi ildir ki, bir-birimizi strateji tərəfdaş hesab edirik və sözün əsl mənasında, biz həmin sıx əməkdaşlığın nəticələrini görürük. Ticarət dövriyyəsi sahəsində yaxşı nəticələri müşahidə edirik. Baxmayaraq tam göstəricilər hələ ki, qane etmir, lakin bu il ticarət dövriyyəmiz iki dəfədən çox artıb.

Bu gün ərzində mən potensial əməkdaşlığımıza dair daha praktiki əsasların müəyyən edilməsi üçün Bolqarıstanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşəcəyəm. Hazırda enerji təhlükəsizliyinin qlobal gündəlikdə birinci yer tutduğunu nəzərə alsaq, əlbəttə ki, Bolqarıstan ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq bizim diqqət mərkəzimizdədir.

Bu yaxınlarda biz bu əməkdaşlığa başlamışıq və Azərbaycan Bolqarıstan üçün qaz təchizatçısına çevrilib. Biz qaz təchizatının həcmini hətta elan edilmiş həcmdən də çox artırmağı planlaşdırırıq.

Birgə işimizi uğurla planlaşdıra biləcəyimiz digər vacib sahə marşrutların müəyyən edilməsidir. Hesab edirəm ki, mövcud layihələr və hazırkı birləşdirici xətlərin uzadılması ölkələrimizin ərazisi ilə artırılmış tranzit üçün yeni yaxşı imkanlar açacaq.

Cənab Baş nazir, Heydər Əliyev Fondunun Bolqarıstanda fəaliyyətini qeyd etdiyinizə görə təşəkkür edirəm. Veliko Tırnovoda tarixi bərpa prosesinə dəstək vermək bizim üçün böyük şərəf oldu. Bu layihə əməkdaşlığımızın səmimiliyini, xalqlarımız arasında çox yaxın əlaqələri bir daha göstərir.

Səfərim yenicə başlayıb, hazırda davam edir və sabah da davam edəcək. Lakin artıq söyləyə bilərəm ki, nəticələr məni qane edir.

Sizə və Bolqarıstan xalqına ən xoş arzularımı çatdırıram.

16:59

Sentyabrın 30-da Sofiyada Bolqarıstan Respublikasının müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Prezident İlham Əliyevin şərəfinə nahar verilib - YENİLƏNİB + FOTOPrezident İlham Əliyevin şərəfinə nahar verilib - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1163   Tarix: 30 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr