Türkiyədə yaşayan qızını görmək üçün sərhədi qanunsuz keçmək istəyən qadının cəzası məlum oldu
Qanunsuz yolla Gürcüstana keçmək istəyən Şabran rayon sakini Gül Əkbərova Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxlanılıb.
APA xəbər verir ki, saxlanılan şəxs Balakən rayonunun Poştbinə kəndi ərazisindəki çayı keçərək Gürcüstan istiqamətində irəliləyib.
Sərhədçilər tərəfindən saxlanıldıqdan sonra Gül Əkbərova barəsində Cinayət Məcəlləsinin 29 318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Təqsirləndirilən şəxs məhkədə verdiyi ifadəsində Türkiyəyə gedib, orada yaşayan qızını görmək üçün sərhədi pozduğunu deyib:
"14 yaşlı qızım atası ilə birgə Türkiyədə yaşayır. Təyyarə ilə getməyə imkanım olmadığı üçün, quru sərhədlər bağlanandan bu günə qədər qızımı görməmişəm. Əvvəl Gürcüstana, oradan da Türkiyəyə getmək istəyirdim. Meşənin içərisinə girib təxmini istiqamət götürdüm, Gürcüstan sərhədinə doğru getdim. Meşədə bir qədər gedəndən sonra sərhəd çəpəri vardı. Onu aşıb Gürcüstana keçə biləcəyimi düşündüm. Bu zaman "Dayan!" qışqırığını eşidib dayandım..."
Səbail Rayon Məhkəməsinin qərarı ilə Gül Əkbərova verilmiş ittihamla təqsirli bilinərək, 750 manat cərimə cəzasına məhkum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1602 Tarix: 30 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr