Hacı Abgülün həbsdən çıxdığı gün verdiyi müsahibə tənqid edildi - VİDEO
Xəbər verdiyimiz kimi, 11 illik həbsdən sonra tanınmış ruhani Hacı Abgül (Abgül Süleymanov) ötən gün azadlığa çıxıb.
Hacı Abgülün həbsxanadan çıxanda Meydan TV-yə verdiyi müsahibə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, İrandakı hazırkı vəziyyətdən danışan A.Süleymanovun fikirləri birmənalı qarşılanmayıb: "İranda aksiyalar həmişə olur. 45 ildir orda hər 5 ildən bir bu hadisələr baş verir. O şeylər dünyanın hər yerində olur. Orada başqa şey istəyirlər, burada başqa şey, Amerikada başqa şey. Hər ölkənin öz problemləri var. İndi onlarda azad hicab istəyirlər, hicabsız olmaq istəyirlər. Ölkə qanunlar var, buna yol vermir. Burada biz çox şeylər istəyirik, qanunlar yol vermir. O, demək deyil ki, biz əlimizə silah alıb vuraq, dükanları, maşınları yandıraq. Camaatın, xalqın mülkünə ziyan vurmaq olmaz axı. Amma orda onu edirlər. Əgər tələbləri, haqlı tələbləri varsa hökumət onları dinləyə bilər".
Hacı Abgül qeyd edib ki, İrandakı aksiyanı dəstəkləyə bilməz: "Çünki orada iş məcrasından çıxıb. Onların nə tələb etdiyi bilinmir. Biri lüt soyunur. O nədir? Dünyanın heç bir yerində qəbul olunmayan bir şeydir".
O, əxlaq polisi tərəfindən öldürüldüyü deyilən gənc fəal Məhsa Əmini haqda da danışıb: "Məhsa Əminini polis öldürməyib ki… Deyirlər ki, o, əməliyyat olunmuşdu başından. Üstünə bir az qışqırıblar, ola bilsin. Onun da ürəyi tutub ölüb də".
Xatırladaq ki, A.Süleymanov 2011-ci ildə İsmayıllınln Lahıc kəndində qayınatasının evində olarkən həbs edilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətə azadlıqdan məhrum edilmişdi. Hacı Abgül ictimai təhlükəsizliyin pozulmasına cəhddə təsqirləndirilirdi./Qafqazinfo
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1558 Tarix: 01 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bu məktəblər distant təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək
22 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabr