Dəhşət budur: baxın, ermənilər meyiti necə təhqir edir...

Dəhşət budur: baxın, ermənilər meyiti necə təhqir edir...Erməni mediası, siyasətçiləri, fəalları 5 erməni əsgərin güllələnməsini əks etdirən videodan Azərbaycana qarşı maksimum istifadə etmək üçün bütün gücünü işə salıb: Erməni ombudsmandan tutmuş nazirlərə, TŞ katibinə, hətta Paşinyana qədər, avropalı siyasətçilərlə yalnız bunu müzakirə etməklə məşğuldurlar.

İş o yerə çatır ki, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bunu dəhşətli adlandırır və deyir: "Əgər bu videonun həqiqət olduğu sübut olunarsa, bu, hərbi cinayətdir, araşdırma aparılmalı və cinayətkarlar cəzalanmalıdır".

Erməni ombudsman Kristina Qriqoryan isə bildirir ki, videonun həqiqət olduğu artıq təsdiqlənib (? – red.), hadisə 13 sentyabrda baş verib.

Video artıq Azərbaycan Hərbi Prokurorluğu tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır. Əlbəttə ki, hər hansı cinayət faktı olarsa, buna ilk növbədə Azərbaycan özü hüquqi qiymət verəcək.

Ancaq elə ombudsman Qriqoryanın da hallandırdığı "13 sentyabr" məsələsindən başlayaq.

12 sentyabrdan 13 sentyabra keçən gecə Ermənistan ordusu dəhşətli təxribat törədərək, Ordumuzun onlarla əsgərini şəhid etmişdi, hərbi və mülki infrastruktura ziyan dəymişdi. Buna cavab olaraq Azərbaycan Ordusu cəza əməliyyatına başlamışdı və erməni postlarını darmadağın edirdi.

Heç kim unutmasın ki, cavab əməliyyatına başlayan əsgərlərin qucağındaca cəmi 1-2 saat öncə qardaşları, əsgər yoldaşları erməni xəyanətinin nəticəsində can vermişdilər; yatdığı kazarmada və yaxud heç bir döyüş olmadığı halda ağır artilleriya və iriçaplı silahlarla atəşə tutularaq, şəhid edilən onlarla əsgərin intiqamını almaq üçün hücuma keçən Azərbaycan Ordusunun əsgərləri nə etməli idilər?

Videoda erməni postunun yüksəklikdə yerləşdiyi, yaxşı müdafiə imkanı olduğu açıq-aşkar görünür. Əsgərlərimizi şəhid edən o postun ələ keçirilməsində nə qədər itki vermişik? O postdakı ermənilər neçə əsgərlərimizi şəhid edib?

Siz əsgərlərimizin psixoloji durumunu heçmi düşünmürsünüz?

Səslərindən də görünür ki, posta əsgərlərimiz yeni giriblər və ermənilər bəlkə də son güllələrini atandan sonra əllərini qaldırıblar. Ermənilər ağ bayraq qaldırıb təslim olmuşdular? Döyüşün qızğın çağında, hər tərəfdən güllə yağışının altında olan Azərbaycan əsgəri qan tökə-tökə aldığı postda son dəqiqəyə qədər Azərbaycan əsgərinin qanını tökən düşmən əsgərini əlini qaldırdığı üçün bağışlamırsa, bu, hərbi cinayətdir? Erməni əsgər təxribat törədə, yatdığı yerdə əsgərlərimizi öldürə bilər, postu da alanda əlini havaya qaldırar və əsir düşüb sağ qalar?

Bütün müharibələrdə "əsir götürmürük" deyə bir komanda da olur; əgər Azərbaycan əsgəri əsir götürməyibsə, bu, hərbi cinayətdir?

Hələ güllə atmağa başlayanda komandirin "atmayın" dediyini, bizim əsgərlərdən birinin isə yana-yana nalə çəkdiyini də nəzərə almaq lazımdır: komandir əmr verir, ancaq dostunu, sirdaşını, qardaşını, əsgər yoldaşını itirən əsgərlər özlərini idarə edə bilmirlər.

Azərbaycan əsgəri döyüş gedə-gedə, postda ikən atəş açır - əgər video həqiqət olsa! Fransız əsgəri kimi əsirlərin kütləvi surətdə başlarını kəsib, qucağına götürüb, şəkil çəkdirmir!

13 sentyabrda ən ağır döyüşlər gedirdi və bu da döyüş anıdır: əllərini qaldıran erməni əsirləri kim nəzarətdə saxlayacaqdı? O postu alan əsgərlər faktiki olaraq digər erməni postlardan atəş altındadırlarsa və irimiqyaslı savaşın tən ortasındadırlarsa, necə davranılmalıydılar?

Əgər müharibə cinayəti axtarırsınızsa, budur kadrlar: Azərbaycan əsgərini vəhşicəsinə öldürən ermənilər onların üst geyimlərini soyundurur, daha sonra isə ermənilərdən biri əlinə bıçaq alıb şəhidlərimizin meyiti üzərində işgəncələrlə məşğul olur!

Budur erməni vəhşiliyi, hərbi cinayət, dəhşətli həqiqət! Heç bir döyüş olmadığı halda Azərbaycan əsgərlərinin meyitləri üzərində işgəncə etmək ermənilərin köhnə şakəridir!

Əgər hərbi cinayət və dəhşət axtarırsınızsa, o videoya baxın. Azərbaycan əsgəri şəhidlərə işgəncə verən ermənilərin fəxarətlə yaydığı videoları görəndən sonra ölməmək üçün əlini qaldıran erməni əsgəri güllələyirsə, bu, hərbi cinayət sayılır?

Azərbaycan Hərbi Prokurorluğu o videonu incələyərkən, əsgərlərimizin hansı yanğı, ağrı ilə savaşa atıldıqlarını və qardaşlarını itirdiklərini qətiyyən gözardı etməməlidir!

Azərbaycan XİN isə Ermənistan təbliğatına beynəlxalq qanunlara uyğun cavab hazırlamaq əvəzinə, o dəhşətli kadrları yaymalı, bütün dünyaya göstərməlidir: işgəncə ilə öldürülən Azərbaycan əsgərinin hətta öləndən sonra meyiti üzərində təhqirləri davam etdirmək, bədən üzvlərini kəsmək qəbulediləndirmi Avropa üçün? Avropa Birliyinin xüsusi nümayəndələrinə o videoları göstərin və tələb edin: o videoları görən Azərbaycan əsgəri nə etməli idi?

Ermənini həyata qaytaran əsgərlərimiz də var: hanı o videolar? Niyə dünyaya göstərilmir? Niyə 5 erməninin döyüş zamanı güllələnməsi dəhşətlə qarşılanır? Döyüşdür bu, müharibənin düz ortasıdır, 13 sentyabrdır hələ, atəşkəs-zad yoxdur, hər iki tərəf irimiqyaslı hücumdadır...

5 erməni döyüş zamanı güllələnir və dünya "yerindən" oynayır? Nə var ki, bircə dəqiqə öncə Azərbaycan əsgərinin qanına batan əllərini yuxarı qaldırıblar?

Bu, əsirə işgəncə verilməsi deyil axı! Əsir götürülməyib axı!

Bəs, cəmi 3 gündə 5 azərbaycanlının yalnız minaya düşüb ölməsi və ya xəsarət alması? Bu kimin ayağına yazılır? Mina ilə dinc sakini öldürmək humanizmdir, ancaq döyüş gedərkən erməni əsgəri güllələmək cinayət?

Biz o dəhşətli görüntüləri yaymalıyıq, dünyaya göstərməliyik: qoy dünya özü qərar versin – döyüş gedə-gedə düşmənin gülələnməsi dəhşətlidir, yoxsa əsir götürülən əsgərləri işgəncə ilə öldürdükdən sonra onları soyundurub, bədən üzvlərini kəsməkdən ləzzət alıb, bunu videoya çəkib, yaymaq?/Axar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 5600   Tarix: 02 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr