Timsah və fillərdən canını qurtardı, ayaq və qolunu itirdi - FOTO-VİDEO
Zimbabvedən olan 43 yaşlı Uinders Sianene timsah və fillərin hücumundan sağ çıxsa da, ayaq və qolunu itirib.
BiG.AZ xəbər verir ki, bu barədə "Chronicle" yazır.
Belə ki, o, kiçik bir adaya balıq tutmağa getdikdə sahilə su içməyə fillər gəlib. Sianene onlardan uzaqlaşmaq üçün sahilin digər tayına üzmək qərarına gəlib. Lakin suda üzərkən o, sol ayağını kiminsə möhkəm sıxdığını hiss edib, çevriləndə isə timsahı görüb.
Timsah onun sol qolunu tutaraq qoparmağa çalışıb və suda çevrilməyə başlayıb.
Uşaqlıqdan belə hallarda nə etməyi öyrənən Uinders sağ əlini timsahın ağzına salaraq onun dilindən yapışıb. Bu hərəkət timsahlara ağrı verir. Timsah kişinin əlini buraxmasa da, artıq dartmayıb. Köməyə gələnlər timsahın ağzına ağac saldıqdan sonra Sianene əlini çıxara bilib.
Xəstəxanaya yerləşdirildikdən sonra isə yaralının ayaq və əli amputasiya olunub. Uinders, şikəst olsa da, sağ qaldığı üçün Allaha təşəkkür etdiyini deyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2176 Tarix: 05 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb
Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, iki gündür axtarışları davam edən 4 itkin şəxsdən daha birinin nəşi sel sularından çıxarılıb və bununla da ölənləri
16 oktyabrFransada 500 etiraz aksiyası gözlənilir
Fransa hüquq-mühafizə orqanları məktəb etirazları və yaşayış xərclərinin yüksək olması, yanacaq qiymətlərinin artması və ictimai xidmətlərin pisləşməsi ilə bağlı artan ictimai narazılıq fonunda çətin bir şənbə gününə hazırlaşır. xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, ölkəd
17 oktyabrLavrov Tehrana səfər edəcək
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə
16 oktyabrAvstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
17 oktyabrYəməndə prezident sarayına raket hücumu: 5 nəfər ölüb
Yəməndə husilərin raket hücumu nəticəsində prezident sarayı ərazisində azı beş nəfər həlak olub. Hadisə ölkədə davam edən silahlı qarşıdurma fonunda baş verib. The Guardian-a istinadən xəbər verir ki, hücum Yəməndə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Husilər ölkənin bəzi ərazilərinə nəzarə
16 oktyabr