Kraliça nəvələrinin titullarını ləğv etdi, daha sonra üzr istədi
Danimarka Kraliçası Marqrete kiçik oğlu İoahimin 4 övladının kral titullarını ləğv edib.
"Qafqazinfo" "Daily Mail"ə istinadən xəbər verir ki, Kraliçanın qərarına əsasən, 2023-cü ilin yanvarın 1-dən 23 yaşlı şahzadə Nikolay, 20 yaşlı Feliks, 13 yaşlı Henrik və 10 yaşlı Afinanın şahzadə və ya şahzadə xanım adlandırmalarına icazə verilməyəcək. Onlar sözügedən tarixdən etibarən yalnız qraf və qrafinya titullarından istifadə edə biləcəklər.
Bunun ardınca, Kraliça Marqrete öz nəvələrini kral titullarından məhrum etdiyinə görə öz ailə üzvləri qarşısında üzr istəyib.
Onun sözlərinə görə, bu qərarı vermək ona asan olmasa da, bunu monarxiyanın gələcəyi üçün edib: "Şahzadə İoahimin övladlarının titulları barədə qərarım kəskin reaksiyalar doğurdu, bu mənə çox təsir etdi. Mən artıq 50 ildir taxtda olduğumdan həm keçmiş, həm gələcək barədə düşünürəm. Bəzən çətin qərarlar verməli oluram".
Şahzadə İoahim isə öz növbəsində anasının qərarını tənqid edib və bildirib ki, Kraliça onun övladlarını cəzalandırır. O bildirib ki, onun kiçik qızı Afinanı artıq məktəbdə məsxərəyə qoyurlar və onun artıq şahzadə olmadığını deyirlər. İoahim qeyd edib ki, Kraliça övladlarının titulu barədə məsələni onunla müzakirə etməyib və bu barədə xəbəri ictimaiyyətə elan olunmazdan 5 gün əvvəl öyrənib.
Qeyd edək ki, Kraliça Marqretenin Frederik və İoahim adlı iki oğlu var. Ümumilikdə isə Marqretenin 8 nəvəsi var. Bununla belə, Kraliça Frederikdən olan nəvələrinin titullarını saxlayıb.
Maraqlıdır ki, mediada şahzadə İoahim və onun həyat yoldaşı Marini "danimarkalı şahzadə Harri və Meqan Markl" adlandırırlar. Belə ki, onlar da dəfələrlə sarayda tutduqları mövqelərdən narazılıqlarını dilə gətiriblər. Hətta bəzi şayiələrə görə, İoahim və Mari öz səlahiyyətlərindən imtina etmək istəyiblər.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!