Rusiyada səfərbər olunmuş hər kişinin əvəzinə beş kq balıq veriləcək - FOTO
Rusiyanın Saxalin vilayətində səfərbər olunanların yaxınlarına beş kiloqram balıq veriləcək.
Bu barədə "Vahid Rusiya" partiyasının vilayət icraiyyə komitəsinin rəhbəri Mixail Şuvalov bəyan edib.
O qeyd edib ki, Saxalinə doqquz tona yaxın təzə dondurulmuş balıq ayrılıb.
"Saxalin vilayətinin hökuməti balıqçılıq sənayesi ilə razılığa gəlib və rayona doqquz tona yaxın təzə dondurulmuş balıq ayrılıb... Yaxın gələcəkdə Saxalin vilayətində 180 nəfərdən ibarət könüllülər səfərbər edilmiş sakinlərin ailələrinə adambaşına beş-altı kiloqram balıq verəcək", - deyə Şuvalov bildirib.
Qeyd edək ki, bundan əvvəl Tuvada səlahiyyətlilər hər səfərbərliyə cəlb olunmuş çağırışçıya görə ailəyə bir diri qoyun verməyə başlayıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 4346 Tarix: 05 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb
Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, iki gündür axtarışları davam edən 4 itkin şəxsdən daha birinin nəşi sel sularından çıxarılıb və bununla da ölənləri
16 oktyabrFransada 500 etiraz aksiyası gözlənilir
Fransa hüquq-mühafizə orqanları məktəb etirazları və yaşayış xərclərinin yüksək olması, yanacaq qiymətlərinin artması və ictimai xidmətlərin pisləşməsi ilə bağlı artan ictimai narazılıq fonunda çətin bir şənbə gününə hazırlaşır. xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, ölkəd
17 oktyabrLavrov Tehrana səfər edəcək
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə
16 oktyabrAvstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
17 oktyabrYəməndə prezident sarayına raket hücumu: 5 nəfər ölüb
Yəməndə husilərin raket hücumu nəticəsində prezident sarayı ərazisində azı beş nəfər həlak olub. Hadisə ölkədə davam edən silahlı qarşıdurma fonunda baş verib. The Guardian-a istinadən xəbər verir ki, hücum Yəməndə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Husilər ölkənin bəzi ərazilərinə nəzarə
16 oktyabr