Ermənistan vətəndaşlığı üçün külli miqdarda pul ödəyən rusiyalı iş adamı aldadıldı
Moskvalı sahibkar "nüfuzlu dostu"nun köməyi ilə Ermənistan vətəndaşlığı almaq niyyətinə düşüb və 10 milyon rublunu (təxminən 278 min manat) itirib.
İş adamı pulu ödədikdən sonra bir neçə dəfə respublikaya uçsa da, həmin şəxs onunla görüşə gəlməyib və vaxtı uzadıb.
Adı açıqlanmayan tibbi avadanlıqlar şirkətinin direktoru Avropadakı sərgilərə uçmaq və xaricdən komponentlərin idxalı üçün logistika şirkəti açmaq məqsədilə paralel idxal sənədləri, viza və Ermənistan vətəndaşlığını almaq niyyətində olub. Lakin fırıldaqçılıqla üz-üzə qaldığını anlayan moskvalı pulun qaytarılmasını tələb etsə də, ona vəsaitlərin məsələnin həlli üçün xərclədiyi bildirilib.
Daha sonra aldadılan iş adamı polisə yollanıb. Hüquq-mühafizə orqanları artıq məsələnin araşdırılmasına başlayıblar. Məlumata görə, hazırda xüsusilə böyük məbləğdə dələduzluqla bağlı cinayət işinin başlanması nəzərdən keçirilir.
Mənbə: RenTV
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1635 Tarix: 06 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya İranda yeni nüvə elektrik stansiyaları tikməyə davam edir
İranın Buşehr Atom Elektrik Stansiyasında yeni enerji bloklarının tikintisi davam edir. xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçev bildirib. "Meydanda 2 və 3 nömrəli enerji bloklarının əsas və köməkçi binalarının tikintisi davam edir, eləcə də hidravlik qurğularda hazırlı
10 avqustDəhşətli zəlzələdə ölənlərin sayı artır - Yenilənib - Video
Kolumbiyanın Çoko departamentində baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində 13 nəfər həlak olub. "Qafqazinfo" "El Espectador" nəşrinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Yeraltı təkanların episentri San-Xose-del-Palmar bələdiyyəsind
11 avqustRusiya Ukraynaya növbəti zərbələr endirdi: ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə raket və PUA-larla hücumlarını davam etdirir. Son hücumlar nəticəsində yaşayış binalarına və mülki infrastruktura zərər dəyib, ölən və yaralananlar barədə məlumat verilib. "Reuters" xəbər verir ki, Rusiyanın son hücumlarından biri Xarkov şəhərind
10 avqustEkrem İmamoğlu CHP-dən istefa verdi
Türkiyənin İstanbul şəhərinin həbsdə olan sabiq bələdiyyə sədri Ekrem İmamoğlu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb. xəbər verir ki, İmamoğlu öz sosial şəbəkə hesabında partiyada 17 illik üzvlüyünə son qoyduğunu bildirib. Qeyd edək ki, E.İmamoğlu hazırda həbsdədir və İstanbu
12 avqustHörmüz böhranı Körfəz ölkələrinin zəifliyini üzə çıxardı
Hörmüz boğazında yaranan böhran Körfəz ölkələrinin enerji və ərzaq təhlükəsizliyi baxımından dəniz marşrutlarından nə qədər asılı olduğunu nümayiş etdirib. Boğazdan keçən gəmiçiliyin pozulması regionun yalnız neft ixracına deyil, gündəlik istehlak üçün zəruri məhsulların tədarükünə də ciddi risk yaradıb
10 avqust