Bu il 210 min yeni qaz sayğacı quraşdırılıb
"2022-ci ilin əvvəlindən 650 minədək dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud olub ki, ötən 9 ayda bunun 210 mini yenisi ilə əvəz edilib. Dövri yoxlama müddəti 5 il nəzərdə tutulduğu üçün bu rəqəmlər hər gün yenilənir."
Sonxeber.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov jurnalistərə açıqlamasında bildirib. "Açıq qapı"da Birliyin sayğaclarla bağlı həyata keçirdiyi işlərdən məlumat verən şöbə rəisi qeyd edib ki, əhali abonentləri üçün G-4 markalı sayğaclardan əlavə artıq G-6 markalı qaz sayğaclarının da ilkin quraşdırılmasına başlanılıb.
"Hazırda ümumilikdə 73 kənd və yaşayış massivində qazlaşma işləri davam etdirilir. Geridə qalan müddət ərzində 26 kənd və massivdə isə işlərə yekun vurularaq istismara qəbul prosesindədir." Bu məlumatlar Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyevin media nümayəndələrinə verdiyi açıqlamasında öz əksini tapıb. Qurum rəsmisi 2023-cü ildə görüləcək işlərin əhatə dairəsinin genişlənəcəyini vurğulayıb.
Aksiyanın önəmli məqamlarından biri də Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin elə ictimaiyyətə ünvanladığı müraciəti olub. Müraciətdə deyilir: "Xahiş edirik yerli icra orqanları və bələdiyyələr balanslarında olmayan ərazilərdə fərdi yaşayış evlərinin tikintisi üçün icazə və yaxud hər hansı icazə sənədini verməsinlər. Çünki bu kimi addımlar qazlaşdırılması mümkün olmayan ərazilərdə yaşayan vətəndaşlarla Birlik arasında müəyyən narazılıqlara səbəb olur".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 697 Tarix: 07 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr