İnsanabənzər robot Britaniya parlamentinə dəvət edilib
Ai-Da adlı insanabənzər robot Böyük Britaniya Parlamentində Rəqəmsal Texnologiyalar üzrə Lordlar Palatasının Komitəsinin iclasında çıxış etmək üçün dəvət alıb.
Bildirilir ki, android-rəssam robot öz çıxışında süni intellektin müasir incəsənətin inkişafına təsirindən danışacaq. Ai-Da həmçinin yaradıcı peşə sahiblərinin neyron şəbəkələrin aktiv inkişafından qorxmalı olub-olmamaları barədə fikrini bildirəcək. O, neyron şəbəkələrin mətn sorğuları əsasında şəkillər yaratmaq bacarıqlarına insanların münasibəti barədə də şərhlər verəcək.
Humanoidin yaradıcısı britaniyalı qalereyaçı Eydan Mellerdir. Robotun çıxışı oktyabrın 11-nə planlaşdırılır. Meller həmçinin 2019-cu ildə "Engineered Arts" şirkəti ilə birlikdə android yaratmışdı.
Ai-Da adı isə ilk qadın kompüter proqramçısı Ada Lavleysin şərəfinə qoyulub. Robot kameralarla təchiz olunub ki, bu kameralar ona gözləri əvəz edir. Robot-rəssam həm də danışa, suallara cavab verə və həm də rəsmlər yarada bilir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 975 Tarix: 08 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransada 500 etiraz aksiyası gözlənilir
Fransa hüquq-mühafizə orqanları məktəb etirazları və yaşayış xərclərinin yüksək olması, yanacaq qiymətlərinin artması və ictimai xidmətlərin pisləşməsi ilə bağlı artan ictimai narazılıq fonunda çətin bir şənbə gününə hazırlaşır. xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, ölkəd
17 oktyabrİspaniya və İtaliya arasında sərhəd nəzarəti ləğv edilir
İspaniya və İtaliya Seuta şəhərində qanunsuz miqrant axını böhranı fonunda tətbiq edilən liman və hava limanlarındakı nəzarət tədbirlərinin əlaqələndirilmiş şəkildə dayandırılması barədə razılığa gəliblər. Bu barədə "El Pais" qəzeti Brüsseldə hər iki ölkənin nümayəndə heyətlərindəki mənbələr
16 oktyabrIMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur
Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt
17 oktyabrMoskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı
Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban
17 oktyabrİran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib
İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs
16 oktyabr