Ukraynadakı rus ordusunun yeni komandanı kimdir?
Xəbər verdiyimiz kimi, Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı rus ordusuna Sergey Surovikini komandan təyin edib.
Ordu generalı Sergey Surovikin 2017-ci ildən Rusiya Hərbi-Kosmik Qüvvələrinə rəhbərlik edib. Ukraynada başlayan "xüsusi hərbi əməliyyat"da isə "Cənub" qruplaşmasının komandanı olub. Bu qruplaşma Luqansk vilayətindəki Severedonetski iyunda ələ keçirib.
Surovikinin hazırda 55 yaşı var, xüsusi təyinatlı hərbi birlikdə xidmət edib, o cümlədən Əfqanıstanda olub. 1991-ci ilin avqust çevrilişi zamanı 24 yaşlı kapitan Surovikin Tamansk motoatıcı diviziyasının batalyon komandiri olub. Bu batalyon Yeni Arbatla Sadovoy halqasının kəsişməsindəki barrikadanı dağıtmağa çalışıb. Toqquşmalar zamanı etirazçılardan 3 nəfər – Dmitri Komar, İlya Kriçevski və Vladimir Uslov ölüb. Surovikin bir neçə ay həbsdə olub, ancaq vətəndaşların ölümü ilə bağlı ittiham onun üzərindən götürülüb. Moskva prokurorluğu bu qənaətə gəlib ki, Surovikin komandanlığın əmrini yerinə yetirib.
Surovikin Tacikistandakı hərbi konfliktdə və İkinci Çeçenistan müharibəsində iştirak edib.
Çeçenistan rəhbəri Ramzan Kadırov Surovikini şəxsən tanıdığını və onunla 15 ildir münasibəti olduğunu bildirib. Kadırov deyib ki, birləşmiş hərbi qruplar indi etibarlı əllərdədir. O, Surovikinin cəbhədə situasiyanı yaxşı istiqamətdə dəyişəcəyinə inandığını da deyib./Axar
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1310 Tarix: 09 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəstəliyi ağırlaşan Norveç şahzadəsi donor orqanı üçün növbəyə alınıb
2018-ci ildə təhlükəli ağciyər fibrozu diaqnozu qoyulan 52 yaşlı Mette-Maritin sağlamlıq durumu kəskin şəkildə pisləşib. Kral sarayı Norveçin gələcək kraliçasının artıq donor orqanı gözləyəcəyini rəsmən bəyan edib. xəbər verir ki, bu barədə kral sarayının açıqlamasına istinadən "El Pais" nəşr
7 iyunİspaniyada Papa XIV Leonun dini ayininə bir milyondan çox insan qatılıb
İspaniyada Roma Papası XIV Leonun rəhbərlik etdiyi messada (dini ayində) iştirak etmək üçün təxminən 1.2 milyon insan paytaxt Madridin Sibeles meydanı ətrafına toplaşıb. bildirir ki, bu barədə "Reuters" agentliyi mərasimin təşkilatçılarına istinadən xəbər verir. Bu hadisə pontifikin İspaniyay
7 iyunAlman avtomobil nəhəngləri böhran içində: Gəlirlər azalır
Alman avtomobil sənayesi 2026-cı ildə rəqibləri ilə müqayisədə ən zəif nəticələrini nümayiş etdirib. Buna səbəb kimi gömrük rüsumları və tariflər, beynəlxalq münaqişələr, eləcə də texnoloji problemlər göstərilir. xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Ernst & Young" (EY
7 iyunMarsdakı iqlim kimi: Yerdəki ən quraq səhra barədə gözlənilməz kəşf
Yeni araşdırmaya əsasən, Çilinin şimalında yerləşən Atakama səhrasında ekstremal quraqlıq elm ictimaiyyətinin əvvəl düşündüyündən on milyonlarla il daha erkən başlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Earth" nəşri yazır. Uzun müddət belə hesab olunurdu ki, Atakama indiki ultraquraq iqlimin
9 iyunFironların mirası: Liviya səhrası şüşəsinin sirri açılır
Şimali Afrikanın quraq ərazilərində milyon illərdir sirrini qoruyan qeyri-adi material yenidən elmi araşdırmaların mərkəzinə düşüb. Misir ilə Liviya sərhədi arasında geniş ərazidə tapılan sarımtıl, şüşəvari bu maddə "Liviya səhrası şüşəsi" kimi tanınır. Qaynarinfo xəbər verir ki, təxminən 2
9 iyunŞirin suyun 70 faizi dünyanın bir hissəsindədir, amma bu bizi xilas etməyəcək
Britannica Ensiklopediyasının məlumatına görə, Antarktika buz qalxanı 28 milyon kubkilometr həcmə malikdir və bu, dünyadakı bütün şirin suyun (yeraltı sular daxil olmaqla) təxminən 70 faizini təşkil edir. Beləliklə, planetin şirin suyunun təxminən 70 faizi dünyanın ən cənubunda yerləşən bir buz örtüyünd
8 iyunİş yerində bu mövzunu müzakirə etmək olmaz - Psixoloqlardan xəbərdarlıq
Psixoloqlar xəbərdarlıq edirlər ki, iş yerində stress və şəxsi problemlərin həddindən artıq paylaşılması peşəkar münasibətlərə zərər verə bilər. Onların fikrincə, həmkarlar dost və ya psixoterapevt deyil və ünsiyyət zamanı bu sərhəd qorunmalıdır. Qaynarinfo "YourTango" nəşrinin yazdığına görə
9 iyun