Ərəb jurnalist Qarabağdakı quruculuq işlərindən yazdı
Azərbaycanda səfərdə olan iordaniyalı jurnalist Ayman əl-Fariz Misirin "Əl ğad" nəşrində Qarabağda aparılan irimiqyaslı quruculuq işləri haqqında məqalə ilə çıxış edib.
İordaniyalı jurnalist Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən görüşdə əldə etdiyi məlumatları oxucularla bölüşüb. O diqqətə çatdırıb ki, Mərkəzin əməkdaşı Esmira Cəfərova beynəlxalq ictimaiyyətin Qarabağda davam edən quruculuq prosesini dəstəklədiyini bildirib. İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat dəhlizlərinin Avropa və ərəb ölkələri üçün də mühüm bir qapı rolunu oynayacağını qeyd edən jurnalist, Füzuli Beynəlxalq Hava Limanı, "Zəfər yolu" layihəsi, məcburi köçkünlərin Zəngilan rayonunun Ağalı kəndinə qayıtması və burada "Ağıllı kənd"in inşası barədə ətraflı məlumat verib.
Məqalədə qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan quruculuq işlərini dəstəkləyir, regionda dayanıqlı sülhün bərqərar olması istiqamətində səyləri alqışlayır. Azərbaycan, öz növbəsində, İslam həmrəyliyinin daha da möhkəmlənməsinə böyük töhfələr verir.
Müəllif, həmçinin azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərinin davam etdiyini, bu prosesə beynəlxalq səviyyədə dəstək göstərildiyini vurğulayıb./Axar
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1160 Tarix: 09 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr