Ukrayna müharibədə BU SƏBƏBLƏRDƏN uğur qazanır - ŞOK DETALLAR

Ukrayna müharibədə BU SƏBƏBLƏRDƏN uğur qazanır - ŞOK DETALLARUkrayna ordusu son bir ayda Rusiya işğalına qarşı mübarizədə dünyanı heyrətləndirən uğurlara imza atıb. Ölkənin şimal-şərqində yerləşən Xarkov vilayətində, demək olar ki, 9600 kv.km ərazi işğalçılardan təmizlənib. Müharibə Rusiyanın ilhaq etdiyi Luqanska keçib. Ukrayna, həmçinin cənubdakı Xerson vilayətində 1170 kv.km ərazini geri alıb.
Ukraynanın dünyanın ikinci güclü ordusu kimi tanınan Rusiya ordusuna qarşı uğurunun arxasında bir neçə amil dayanır. Birincisi, ukraynalı əsgərin rus əsgərindən fərqli olaraq, vətəni uğrunda vuruşmasıdır. İkinci amil isə Ukraynanın Qərbin tipli müasir döyüş taktikalarından, eləcə də modern silahlardan istifadə etməsidir.

Ukraynanın uğur qazanmasına şərait yaradan digər səbəbləri təqdim edirik.

1. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi nəhəng ordunun xarakterini ortaya qoyub. Gürcüstan müharibəsi zamanı baş nazir kürsüsündə oturan və ölkəni idarə etməyə davam edən Vladimir Putin çevik hərəkət edəcək peşəkar ordu qurmaq qərarına gəlib. 350 min əvəzinə 150 ​​min zabit ordusu hazırlanıb. 2021-ci ilin sonuna qədər Rusiyada silah altında olan əsgərlərin sayı 1 milyon 15 minə çatıb. Ancaq müharibəyə hazır olan əsgərlərin sayı 400 minlə məhdudlaşıb.

2. Ukraynanın müdaxiləsinin ən çox bir həftə çəkəcəyini düşünən Putin döyüşə hazır əsgərlərin üçdə birini Ukraynaya göndərib. Lakin aprel ayında peşəkar ordunun kifayət etmədiyi anlaşıldı. Kreml "xoş niyyət" adı ilə qoşunlarını paytaxt Kiyev ətrafından çıxarıb, müharibəni cənub-şərq və cənuba keçirib.

3. İyul ayından Ukrayna cəbhədə Rusiyaya öz gücünü göstərməyə başlayıb. ABŞ-ın verdiyi HIMARS və M777 haubitsaları işə salındıqda, Ukrayna ordusu Rusiya artilleriyasından 5-7 km irəlini vurmaq imkanına çatıb. Rusiya müdafiəsinin dərinliklərinə hücum edən Ukrayna Rusiyanın döyüş sursatı, yanacaq və tədarük zəncirini bir-bir sıradan çıxarıb.

4. Son mərhələdə Qərb tipli taktika işə düşüb. Belə bir təəssürat yaranmışdı ki, Ukraynanın əsas hücumu cənubdan başlayacaq, lakin əks-hücum şimal-şərqdəki Xarkov bölgəsində başlanıb. Xarkovda Ukrayna ordusu partizan taktikasından istifadə edib. 50-80 əsgərdən ibarət çevik dəstələr yaradılıb və Rusiya müdafiə xəttinin arxasına hücumlar edilib. İzyum və Liman bölgələrində hər gün 20 fərqli nöqtədən Ukrayna əsgərlərini görməyə başlayan Rusiya komandanlığı hansının kəşfiyyat, hansının əsas qüvvə olduğunu ayırd edə bilməyib, təşviş içində geri çəkilməyə üstünlük verib.

5. Rusiya döyüş meydanında geri çəkilmək məcburiyyətində qalanda Putin qismən səfərbərlik elan etməklə ordunu gücləndirəcəyini düşünüb. Ancaq Rusiyanın qeyri-peşəkar əsgərlərinin sayını artırması daha çox insan itkisi ilə nəticələnə bilər. Şərh edilir ki, vəziyyət pisləşərsə, Putin kütləvi qırğın silahlarına əl ata bilər./Musavat


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 4189   Tarix: 09 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib

İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs

16 oktyabr
.

Moskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı

Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban

17 oktyabr
.

Pakistan husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlarının nəticələrindən narahatdır

Yəmən husilərinin Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin enerji infrastrukturuna hücumları mümkün uzunmüddətli iqtisadi nəticələrlə əlaqədar Pakistanda narahatlıq doğurur. "Report" AFP-yə istinadən xəbər verir ki, bunu Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb Banqkokda Beynəlxal

17 oktyabr
.

Polşada məktəblərdə təhlükəsizliyin təmini ilə əlaqədar 192 nəfər həbs edilib

Polşada ötən həftə məktəblərdəki zorakılıq aktları ilə əlaqədar keçirilən polis əməliyyatları zamanı ümumilikdə 192 nəfər həbs edilib. "Report" Polşa mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının məlumatında qeyd olunub. "Ötən cümə axşamı 19 yaşlı kişini

16 oktyabr
.

Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı

Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b

15 oktyabr
.

Lavrov Tehrana səfər edəcək

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə

16 oktyabr
.

Sankt-Peterburqda meymun çiçəyi şübhəsi ilə beş nəfər xəstəxanaya yerləşdirilib

Rospotrebnadzorun Sankt-Peterburq və Leninqrad vilayəti üzrə regionlararası şöbəsinin məlumatına görə, Sankt-Peterburqda meymun çiçəyi ehtimalı ilə əlaqədar beş nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, departamentin Max platforma kanalına görə, meymun çiçəyi xəstəliyi ilə bağlı məlumat aldıqda

17 oktyabr
.

İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı

Amerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb. xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan "Mask" adlı yeni sənədli filmind

17 oktyabr
.

IMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur

Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt

17 oktyabr