Nazirlik Ruhəngiz Qasımova ilə bağlı nekroloq yayıb
Mədəniyyət Nazirliyi Əməkdar İncəsənət Xadimi, bəstəkar Ruhəngiz Qasımova ilə bağlı nekroloq yayıb.
Sonxeber.az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ruhəngiz Qasımova 82 yaşında vəfat etmişdir.
Ruhəngiz Nağı qızı Qasımova 12 iyul 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbinin, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin (professor Cövdət Hacıyevin sinfi üzrə) məzunu olmuşdur. Uzun müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də, "Azərbaycantelefilm"də səs rejissoru, bəstəkar kimi çalışmışdır.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuşdur (1978). Simfonik, vokal-instrumental əsərlər, müxtəlif tamaşalara, kinofilmlərə musiqi bəstələmişdir. Ədəbi fəaliyyətlə də məşğul olmuş, hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunmuşdur. "Babamın muzeyi" adlı kitabın müəllifidir. Azərbaycanda ilk dəfə çəkilmiş "Danışan işıqlar" cizgi filminin bəstəkarı, F.Qoca, B.Vahabzadə, M.Orucun və özünün şerləri əsasında çoxsaylı mahnıların, mahnı silsilələrinin ("Qarabağ bayatıları", "Təbrizim"), səs ilə estrada-simfonik orkestri üçün "Xalqın səninlədir, zəfər sənindir" mahnısının və s. əsərlərin müəllifidir.
R.Qasımovanın musiqi əsərləri sırasında "Quyu" tamaşasına musiqi, "Qızıl oğlan" musiqili nağıl, "Qonşu qonşu olsa", "Ömrün yolları", "Yollar görüşəndə" tamaşalarına musiqi, "Asif, Vasif, Ağasif" , "Tələ" kinofilmlərinə musiqi xüsusi qeyd oluna bilər.
Tanınmış bəstəkar milli musiqi sənəti sahəsindəki nailiyyətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Ruhəngiz Qasımova 9 oktyabr 2022-ci ildə Honkonqda dünyasını dəyişmişdir.
Tanınmış bəstəkar, gözəl insan Ruhəngiz Qasımovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1361 Tarix: 10 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr