Prezident: "Böyük Britaniya Azərbaycana ən çox sərmayə qoymuş ölkə və strateji tərəfdaşdır"
"Böyük Britaniya Azərbaycana ən çox sərmayə qoymuş ölkə və strateji tərəfdaşdır".
Bu sözləri Prezident İlham Əliyev oktyabrın 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edərkən deyib.
"Hesab edirəm ki, biz artıq enerjidən başqa sahələrə nəzər salmalıyıq - ticarət, qarşılıqlı ticarətin artırılması, turizm və insanlar arasında təmaslar. Düşünürəm ki, təhsil sahəsində əməkdaşlığın yaxşı nəticələri var. Bildiyiniz kimi, bir çox azərbaycanlı Böyük Britaniyada təhsil alıb və almaqda davam edir. Lakin, bu əməkdaşlığın dinamikaya və müəyyən çərçivəyə ehtiyacı var. Ümumilikdə, biz tərəfdaşlığımızın səviyyəsindən olduqca məmnunuq. Uzun illər ərzində Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və bir sıra sahələrdə sıx əməkdaşlıq mövcuddur.
Böyük Britaniya Azərbaycana ən çox sərmayə qoymuş ölkə və strateji tərəfdaşdır. Buraya ənənəvi sahələr daxildir, ancaq əminəm ki, artıq yenilənən enerji növlərinə də sərmayə qoyulacaq. Siz bilirsiniz ki, biz bu vacib istiqamətdə addım atmağa yaxınıq. Siz Azərbaycanda fəaliyyətinizə tamamilə fərqli mühitdə başlayırsınız. Çünki Qarabağ münaqişəsi başa çatdıqdan sonra regionda vəziyyət tamamilə dəyişib. Biz hesab edirik ki, bu, müsbət dinamikadan bəhrələnmək və regionumuzda davamlı sülhün bərqərar edilməsi üçün fürsətdir", - dövlət başçısı bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir