Şahid: "Xankəndidə şərlənərək həbs olunan azərbaycanlıları öldürdükdən sonra meyitlərini yandırıblar" - FOTO

Şahid: "Xankəndidə şərlənərək həbs olunan azərbaycanlıları öldürdükdən sonra meyitlərini yandırıblar" - FOTOErmənilər zaman-zaman azərbaycanlılara qarşı soyqırımı və qətl hadisələri törədiblər. Eyni zamanda, dəfələrlə azərbaycanlılar ermənilər tərəfindən hücumlara məruz qalıb və faciəvi şəkildə qətlə yetiriliblər, sağ qalanlar isə öz dədə-baba yurdlarından qovulublar. Birinci Qarabağ müharibəsi zamanı onların törətdikləri vəhşiliklər barədə çoxsaylı misal gətirmək olar. Onların otuz il əvvəl azərbaycanlıları qətlə yetirməsi ilə bağlı faktlar bu gün artıq dəlilli-sübutlu üzə çıxır. Son günlər Edillidə aşkarlanan kütləvi məzarlıq bunun bariz nümunəsidir. Yəni, mənfur qonşumuzun bizə qarşı məkrli, hiyləgər və düşməncəsinə davranışları ta əzəldən bəri dəyişməz olaraq qalıb. 1967-ci ilin iyul ayının 3-də ermənilərin azərbaycanlılara qarşı törətdiyi hadisə də dəhşətlidir.
Şahid: "Xankəndidə şərlənərək həbs olunan azərbaycanlıları öldürdükdən sonra meyitlərini yandırıblar" - FOTOBelə ki, erməni daşnakları 1966-cı il oktyabr ayının 22-də Martuni rayonunun Qarakənd kəndindəki S.M.Kirov adına kolxozun aqronomu Benik Movsesyan adlı bir erməninin 8 yaşlı oğlu Nelsonu xüsusi amansızlıqla qətlə yetiriblər. Sonra onun cəsədini aparıb əsasən azərbaycanlılar yaşayan və Ərşad Məmmədovun direktoru olduğu Kuropatkino kəndi ərazisinə atıblar. Beləliklə, onlar hadisənin azərbaycanlılar tərəfindən törədildiyi barədə yalan məlumat yayıblar. Saxta cinayət işi əsasında azərbaycanlılar - Ərşad Məmmədov, Ələmşad Məmmədov və Söhrab Məmmədov həbs ediliblər. Həbsxanada isə onlara ağır işgəncələr verilib və zorla cinayəti boyunlarına götürməyə nail olublar. Beləliklə, saxta qurulmuş məhkəmənin qərarı ilə Ələmşad Məmmədov güllələnməyə məhkum edilib, Ərşad Məmmədov 15 il həbs cəzası, Söhrab Məmmədov isə bəraət alıb. Hətta bu saxta qərarın da kifayət qədər sərt olmasına baxmayaraq, ermənilər məhkəmə zalına hücum edib, Ələmşad və Ərşadı öldürüb, Söhrabın olduğu dustaq maşınına isə od vurublar. Sonra onlar hər üç azərbaycanlının meyitinə od vurub yandırıblar.

Ermənilər tərəfindən üç azərbaycanlının yandırılmasına şahidlik edən Xankəndi rayonu, Nizami Gəncəvi adına 4 saylı orta məktəbin riyaziyyat müəllim Nadir Rəşidov "Report"a açıqlamasında hadisə ilə bağlı öz acı təəssüratlarını bölüşüb.

Hadisə vaxtı 12 yaşında olmuş Nadir Rəşidovun sözlərinə görə, məhkəmə prosesi bitdikdən sonra ermənilər məhkumların aparıldığı avtomobili aşırıb və onları yerindəcə güllələyib, cəsədlərin üzərinə isə benzin tökərək amansızcasına yandırıblar:

"Üç nəfər azərbaycanlının ermənilər tərəfindən yandırılaraq vəhşicəsinə qətlə yetirildiyini eşitdim. Qətlə yetirilənlərdən biri Qaradağlı kənd məktəbinin direktoru Ərşad Məmmədov idi. Hansı ki, həmin Qaradağlı kəndindən bir erməni uşağı itkin düşmüşdü. İki-üç gün sonra kəndin kənarında itən uşağın cəsədi tapılıb. Elə azərbaycanlılara qarşı törədiləcək vəhşilik aktının biri də bu zaman baş verib. Ermənilər qətl hadisəsində Məmmədov Ərşad Daşdəmir oğlu, Məmmədov Zöhrab Səhrəman oğlu və Məmmədov Ələmşah Xanlar oğlunu şərləyərək həbs etdilər. Xankəndində məhkəmə keçirildi və onlara hökm oxundu".
Şahid: "Xankəndidə şərlənərək həbs olunan azərbaycanlıları öldürdükdən sonra meyitlərini yandırıblar" - FOTOO zaman ermənilərin azərbaycanlılara qarşı aqressiyasını hələ tam başa düşmədiklərini bildirən N.Rəşidov qeyd edib ki, ermənilər Qarabağla bağlı iddialarını bu cür süni çaxnaşmalar salaraq dilə gətirməyə çalışırdılar:

"Onlar elə görüntü yaratmağa çalışırdılar ki, sanki burada azərbaycanlılar ermənilərə qarşı etnik zəmində hansısa təhlükə törədə bilərlər. Halbuki əksinə, Xankəndidə yaşayan azərbaycanlılar vahimə, qorxu içində idilər. Bu hadisədən sonra bir sıra azərbaycanlı ailə bir neçə ay Xankəndidən ətraf kəndlərə köçdülər. Hətta evlərini satıb buranı tamamilə tərk edənlər də var idi. Öldürülən uşaq da elə ermənilərin özləri tərəfindən öldürülmüşdü. Çünki Qarabağda baş verən bu cür hadisələr ermənilərin məkrli planlarına xidmət edirdi. Azərbaycanlıları bu ərazilərdən köçə məcbur etmək, didərgin salmaq üçün səbəblər lazım idi, həmin səbəblər isə ermənilər tərəfindən süni şəkildə yaradılırdı".

"O zaman Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Heydər Əliyev Qarabağda sakitliyi bərpa etdi. Heydər Əliyev Xankəndiyə səfər etdi. Şuşada müşavirə keçirildi və azərbaycanlılara qarşı törədilən vəhşilik hadisəsinin iştirakçısı olmuş bütün cinayətkarlar bir gecədə həbs edildilər. Bundan sonra şəhərdə elə bir sakitlik yarandı ki, sanki belə hadisə baş verməmişdi", - N.Rəşidov vurğulayıb.

Qeyd edək ki, ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilən üç nəfər azərbaycanlı aşağıdakılardır:

1. Məmmədov Ələmşah Xanlar oğlu Xocavənd rayonu Kuropatkino kənd sovxozunun bağ gözətçisi işləyib, orada yaşayıb.

2. Məmmədov Zöhrab Səhrəman oğlu Xocavənd rayonu Kuropatkino kənd sovxozunda sürücü işləyib, orada yaşayıb.

3. Məmmədov Ərşad Daşdəmir oğlu əslən Qaradağlı kəndindən olub, Xocavənd rayonunun Kuropatkino kənd sovxozunda məktəb direktoru işləyib və orada yaşayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1680   Tarix: 10 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr