"Xocalı soyqırımını törədənlər vaxtında cəzalandırılsaydılar, iki il öncə Gəncə terroru baş verməzdi" - Deputat

"Xocalı soyqırımını törədənlər vaxtında cəzalandırılsaydılar, iki il öncə Gəncə terroru baş verməzdi" - Deputat"Gəncə terroru ermənilərin azərbaycanlılara qarşı törətdiyi növbəti soyqırımıdır".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, oktyabrın 11-də, gecə saatlarında düşmənin silahlı qüvvələri yenidən öz çirkin əməlinə əl ataraq Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törədib:

"10 oktyabrda imzalanmış atəşkəsdən sonra gecə saatlarında Ermənistanın Berd rayonunda yerləşən Erməni Silahlı Qüvvələri Gəncəni Skad ballistik raketlərindən atəşə tutub. Nəticədə 31 mənzil tamamilə dağıdılıb, hadisə yerində və onun yaxınlığındakı obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Ermənilərin törətdiyi bu terror nəticəsində 10 soydaşımız həlak olub və 40 nəfər yaralanıb. Qurbanlar arasında qadınlar və uşaqlar da olub. Ümumilikdə Vətən müharibəsi dönəmində ermənilər 5 dəfə Gəncəni raket hücumuna məruz qoyublar.

Ermənistan 1980-ci illərin sonlarından Azərbaycana qarşı təcavüzə başlayıb. Təəssüf ki, bu günə kimi davam edən münaqişə boyunca düşmən Azərbaycan xalqına qarşı dəfələrlə soyqırımı, beynəlxalq cinayətlər və terrorlar törədib. Ermənilərin Azərbaycan xalqına qarşı müxtəlif illərdə törətdiyi Xocalı soyqırımı və Gəncə terroru öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixinə həkk olundu. İstər Xocalı, istərsə də Gəncə terroru bütün bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir. Lakin hələ də nə Xocalı soyqırımını, nə də Gəncə terrorunu törədənlər öz layiqli cəzalarını almayıblar.

Hesab edirəm ki, Xocalı soyqırımını törədənlər vaxtında cəzalandırılsaydılar, iki il öncə Gəncə terroru baş verməzdi. Azərbaycan hökuməti xarici ölkələrdə davamlı olaraq bu cinayətlər barədə təbliğatlar aparıb, dünyanı məlumatlandırsa da, yenə də beynəlxalq təşkilatlar və demokratiyadan, insan haqlarından dəm vuran ölkələr bu bəşəri cinayətləri görməzdən gəlməkdədir".

Deputat qeyd edib ki, Ermənistanın törətdiyi əməllərinin cavabını alması üçün biz işimizi davam etdirməliyik:

"Hazırda Azərbaycan döyüş meydanındakı üstünlüyünü danışıqlar masasında da davam etdirir. Belə ki, Azərbaycan son illərdə həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində dünyanın aparıcı və nüfuzlu dövlətlərindən birinə çevrilib. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan regionda balanslaşdırılmış siyasət aparmaqla Avropanın siyasi həyatında da mövqeyi olan ölkələr sırasındadır. Cari ilin 6 oktyabr tarixində Partiyamızın Sədri, Prezident İlham Əliyevin Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak etməsi qeyd olunanların əyani göstəricisidir. Əminəm ki, tezliklə Ermənistan sülh müqaviləsini imzalamağa məcbur olacaq və Azərbaycan vətəndaşlarına qarşı törədilən hər bir cinayətlərə görə səbəbkarlar öz cəzasını alacaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2796   Tarix: 12 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

"Cəmiyyətin sülhə hazır olması diplomatik qələbənin arxasında dayanan ən böyük mənəvi gücdür" - AÇIQLAMA

Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sül

11 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun
.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

Alyona Əliyeva sərgidə - Fotolar

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bir Mədəniyyət Xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərginin açılışı baş tutub. "Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak edib. Fotoları təqdim edirik:

1 iyul
.

Prezident Lyayenlə təkbətək görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT

"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa

30 iyun