"NATO Ukraynaya müdaxilə etsə, bu, qlobal fəlakətə gətirib çıxara bilər..."

"NATO Ukraynaya müdaxilə etsə, bu, qlobal fəlakətə gətirib çıxara bilər..."Putin qlobal fəlakətə gətirə biləcək şərti açıqlayıb...

"Rusiya Ukraynada müharibəni başlamasaydı, daha əlverişsiz vəziyyətdə olacaqdı..."

"Rusiyadan gedənlərə emosional deyil, hər bir konkret halda hüquqi qiymət verilməlidir..."

"Baydenlə danışıqlar üçün hələlik platforma yoxdur..."

Rusiya prezidenti bəyan edib ki, Ukraynanı məhv etmək fikri yoxdur və NATO-ya müdaxilə etməmək barədə xəbərdarlıq edib...

Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Astanada jurnalistlər qarşısında Qazaxıstana səfərinin yekunları ilə bağlı çıxış edib.

Bu barədə "Vesti" nəşri yazıb.

O, deyib ki, "heç nədən təəssüflənmir" və öz hərəkətlərini düzgün hesab edir.

O, Rusiyada səfərbərlik, Ukrayna ilə müharibə, NATO ilə mümkün qarşıdurma və başqa məsələlərə toxunub.

Rusiya prezidentinin sözlərinə görə, səfərbərlik iki həftədən sonra bitəcək, artıq bu günə 220 min adam səfərbər edilib.

"Əlavə heç nə planlaşdırılmır. Müdafiə nazirliyindən bununla bağlı heç bir təklif daxil olmayıb. Yaxın gələcəkdə mən buna heç bir zərurət görmürəm", - Putin əmin edib.

Rusiyadan gedənlər barədə Putin hesab edir ki, "burada emosional deyil, hər bir konkret halda hüquqi qiymət vermək daha doğru olar".

Ukrayna musiqisini dinlədiyinə görə bir Moskva sakininin 15 sutka həbs edilməsi barədə danışan Putin deyib: "Biz hər hansı mədəniyyəti qadağan edənlərə bənzəməməliyik, mədəniyyətin buraya, ümumiyyətlə, aidiyyəti yoxdur".

Daha sonra Putin xəbərdarlıq edib ki, əgər Krım körpüsünü partlatmaq üçün partlayıcı maddənin Odessadan taxıl daşıyan gəmi ilə gətirilməsi təsdiq edilərsə, Rusiya taxıl dəhlizini bağlayacaq.

Daha sonra Rusiya prezidenti bəyan edib ki, onun ölkəsi "həmişə danışıqlar üçün açıqdır".

O, Ukrayna hakimiyyətini danışıqlar aparmaq istəyinin olmamasında ittiham edib.

"Onlar həmişə deyir ki, danışıqlar aparmaq istəyirlər, indi isə rəsmən belə danışılları qadağan edən qərar qəbul ediblər. Burada nədən danışmaq olar ki?"- Putin deyib.

Putin ABŞ prezidenti Co Baydenlə danışıqlara bel bağlamır. Onun sözlərinə görə, "Baydenlə danışıqlar üçün hələlik platforma yoxdur...Mən, düzünü desəm, buna böyük mənada zərurət görmürəm".

O, G20 sammitinə gedəcəyini bilmədiyini əlavə edib.

Daha sonra Putin yenidən özünün belə nəzəriyyəsini təkrarlayıb ki, onun ölkəsi Ukraynada müharibəni başlamasaydı, daha əlverişsiz vəziyyətdə olacaqdı.

"Mən istəyirəm aydınlıq gətirəm. Bu gün baş verənlər, yumşaq desək, az xoşagələndir. Lakin biz bunlara sonradan özümüz üçün daha pis şərtlərlə sövq ediləcəkdik, vəssalam", - o, deyib.

Rusiya prezidenti bəyan edib ki, qarşısına Ukraynanı məhv etmək kimi vəzifə qoymayıb.

"Bu gün Ukraynadakı obyektlərə güclü zərbələrə ehtiyac yoxdur. Hələlik, onları tədricən məhv edirik, sonra vəziyyətə baxacağıq".

O, əlavə edib ki, NATO qoşunlarının Ukraynaya yeridilməsi və Rusiya ordusu ilə birbaşa toqquşması, belə bir şey baş verəcəyi halda, çox təhlükəli addım olacaq, "bu da qlobal fəlakətə gətirib çıxara bilər".

"Ümid edirəm ki, bu barədə danışanların belə təhlükəli addımların atılmasına yol verməmək üçün ağlı-dərrakəsi kifayət edəcək", - o, xəbərdarlıq edib./Moderator


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1415   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tatarıstanda matəm elan edildi - Yenilənib

Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Tatarıstan Respublikasına hücum edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Tatarıstan rəhbərinin Mətbuat xidməti yayıb. İlkin məlumata görə, Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə edilən bu hücum nəticəsində ölənlər var

10 avqust
.

Güclü zəlzələdə ölənlərin sayı 254-ə çatdı

Kolumbiyada baş verən 7,4 bal gücündə güclü zəlzələ genişmiqyaslı dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 254-ə çatıb, minlərlə insanın taleyi isə hələlik məlum deyil. "Qafqazinfo" xəbər verir ki, avqustun 10-da ölkənin qərbində baş verən zəlzələ Pereira, Kali, Manisale

12 avqust
.

İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı - Foto

İstanbulda Lətifə İbadova adlı azərbaycanlı qadın yaşadığı evdə ölü tapılıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən aşkarlanan 57 yaşlı qadının meyiti üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Bununla belə, evdəki masanın üzərində narkotik vasitənin tapıldığ

10 avqust
.

7.4 maqnitudalı zəlzələ Kolumbiyanı silkələdi - VİDEO

Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib. -ın məlumatına görə, müvafiq açıqlamanı Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi yayıb. Məlumata əsasən, zəlzələnin episentri təxminən 134 min nəfər əhalisi olan Kartaqo şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 11

10 avqust
.

Yerin daxili nüvəsi fərqli istiqamətdə fırlanmağa başlayıb: Səbəb nədir?

Yerin mərkəzində planetin qalan hissəsindən müstəqil şəkildə fırlanan daxili nüvə yerləşir. Yeni araşdırma göstərib ki, son dövrlərdə onun həm fırlanma sürəti, həm də istiqaməti dəyişib. Alimlər bu dəyişikliklərə nəyin səbəb ola biləcəyini və onların insanlara təsir edib-etməyəcəyini araşdırırlar. Qaynarinf

12 avqust
.

Hörmüz böhranı Körfəz ölkələrinin zəifliyini üzə çıxardı

Hörmüz boğazında yaranan böhran Körfəz ölkələrinin enerji və ərzaq təhlükəsizliyi baxımından dəniz marşrutlarından nə qədər asılı olduğunu nümayiş etdirib. Boğazdan keçən gəmiçiliyin pozulması regionun yalnız neft ixracına deyil, gündəlik istehlak üçün zəruri məhsulların tədarükünə də ciddi risk yaradıb

10 avqust
.

Bu payız 7 məşhur turizm məkanına getmək məsləhət görülmür: Səbəblər nədir?

Bir tərəfdən, həddindən artıq turizm həmin istiqamətlərə və onların sakinlərinə zərər vurur, adi həyat tərzini pozur və resursları tükəndirir. Digər tərəfdən, turistlərin özləri də izdihamlı məkanlardan və yüksək qiymətlərdən tam zövq ala bilmirlər. Qaynarinfo xəbər verir ki, bununla yanaşı, bəzi məkanları

12 avqust
.

Stiv Uitkoff: "Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır"

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında Vaşinqton bəyannaməsinin ildönümü ilə bağlı paylaşım edib. xəbər verir ki, S.Uitkoff bu barədə "X" hesabında yazıb. "Düz bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistanı danışıqlar masas

9 avqust
.

İran bu ölkədən təzminat tələb edir

Tehran İran gəmisində insidenlə bağlı Kiyevin bəhanələrini qəbul etmir və kompensasiya almaq niyyətindədir. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib. O, vurğulayıb ki, əgər Ukrayna hücum nəticəsində dəyən ziyanı ödəməsə, İran cavab tədbirləri görəcək. "Ukrayn

10 avqust