"Azərbaycan əhalisi niyə Ermənistanın bütün ərazisini dolaşa-dolaşa Naxçıvana getməlidir?"

"Azərbaycan əhalisi niyə Ermənistanın bütün ərazisini dolaşa-dolaşa Naxçıvana getməlidir?"Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan - Azərbaycan sərhədində 3 keçid məntəqəsinin açılması ilə bağlı layihəyə Azərbaycan müsbət cavab gözlədiyini deyib.

Politoloq Qabil Hüseynli Sonxeber.az-a bildirib ki, dəmiryol və şose xətti Sovet dövründə mövcud olub və 60 ilə yaxın fəaliyyət göstərib. Azərbaycan həmin layihənin yenidən bərpa olunmasını təkid edir və bundan başqa təklifi qəbul etmir:

"Azərbaycan tərəfi bu təklifi rədd edib. Azərbaycan əhalisi niyə Qazaxdan keçib Ermənistanın bütün ərazisini dolaşa-dolaşa Naxçıvana getməlidir? Ən əlverişli gediş xətti dəmiryol və şose xəttinin yanaşı olmasıdır. Dəmiryol və şose xətti Sovet dövründə mövcud olub və 60 ilə yaxın fəaliyyət göstərib. Zəngilanın Mincivan stansiyasından Naxçıvanın Culfa şəhərinə qədər olan yoldur. Yolun bir istiqaməti İrana, digər istiqaməti Naxçıvan şəhərinə, ordan da İrəvana gedib. Yəni bu həm iki respublikanın paytaxtlarını, həm də Naxçıvanla Azərbaycanı birləşdirən proyektləşdirilmiş layihədir.Azərbaycan həmin layihənin yenidən bərpa olunmasını təkid edir və bundan başqa təklifi qəbul etmir. Tutaq ki, Laçından Ermənistana buraxılış məntəqəsi var, yaxın rayonlar üçün də ola bilər. Qazaxdan İcəvana qədər dəmiryolu var, o dəmiryolunu uzatmaq barədə razılaşma ola bilər və ya Ermənistanın Gümrü şəhərindən Türkiyənin Qars şəhərinə qədər dəmiryolunu uzatmaq olar. Amma bunlar hamısı Naxçıvana dəmiryolu və şose yolunun açılmasından sonra baş verə bilər. Azərbaycan bunun üzərində israr edir . 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli sənəddə də öz əksini tapıb".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 5061   Tarix: 17 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr