Xoşqədəm Hidayətqızının adından yarım milyonluq dələduzluq

Xoşqədəm Hidayətqızının adından yarım milyonluq dələduzluq10-dan çox şəxsi müxtəlif yollarla aldadaraq, onların külli miqdarda pulunu ələ keçirən 1996-cı il təvəllüdlü Məmmədov Ayxan İsmayıl oğlunun məhkəmə prosesi başa çatıb.

Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ayxanın dələduzluq yolu ilə ələ keçirdiyi ümumi məbləğ isə yarım milyon manata yaxın olub. O, birinə sosial ev almaq, digərinə iş düzəltməyi, başqa birinin xəstəsini müalicə etdirəcəyi adı ilə külli miqdarda pullar mənimsəyib.

Məhkəmədə ifadəsində 2019-cu ilədək "Xəzər TV"də çalışdığını bildirən Ayxan, dələduzluqlarından bir neçəsini də tanınmış aparıcı Xoşqədəm Hidayətqızının adından istifadə etməklə həyata keçirib. Belə ki, Ayxan bir neçə zərərçəkənə özünü X.Hidayətqızının gah mühafizəçisi, gah da köməkçisi kimi təqdim edib.

Ayxan bu əməlini məhz qonşularına qarşı törədib.

Belə ki, Ayxan qonşusu Mirsədizadə Afaqgildə olarkən televiziyada müxtəlif kanallarda işlədiyini, Xoşqədəm Hidayətqızına 6 000 dollar məbləğində pul lazım olduğunu və 10 gün müddətində 1 000 dollar artığına qaytaracağını bildirib.

Ev sahibi Ayxanın onun evində çörək kəsdiyini, övladlarından ona fərq qoymadığına görə şübhə etməyib və 6 min dolları verib.

10 gün müddətin tamamında ona zəng edərək pulun çatdırılmasını istədikdə isə, Xoşqədəm Hidayətqızının başının ciddi işlərə qarışdığını, heç nədən narahat olmamağı və yaxın vaxtda da pulunu qaytaracağını bildirib.

Aradan 2-3 ay keçdikdən sonra yenidən ona zəng edib pulun qaytarılmasını istədikdə Ayxan, onun telefonuna "Porsche" markalı avtomobilin fotoşəklini göndərərək guya Xoşqədəm xanıma məxsus olduğunu və həmin avtomobilin satışının ona həvalə olunduğunu, yaxın günlərdə avtomobili satan kimi aldığı pulu qaytaracağını bildirib.

2018-ci ilin noyabr ayında Ayxan onun evinə gələrək Xoşqədəm xanımın avtomobilinin satıldığını və vacib işləri üçün ona üç gün müddətinə əlavə 5 500 ABŞ dollarının lazım olduğunu, qaytararkən öz hesabından 300 ABŞ dolları əlavə edəcəyini, üç gün ərzində ona aldığı pulları cəm şəklində qaytaracağını əmin edib. Qonşusu pullarının cəm şəklində qaytarılacağına inanaraq, yaşadığı ünvanda Ayxana əlavə olaraq 5 500 ABŞ dolları məbləğində pul verib.

İki dəfəyə ondan 11.500 ABŞ dolları məbləğində pul alıb vədlər verməsinə baxmayaraq, Ayxan uzun müddət bu pulların qaytarılmasından yayınmağa başlayıb, hətta pandemiyanı bəhanə edərək işlərinin qaydasında getmədiyini, müəyyən çətinliklərin yarandığını, lakin pulları hökmən qaytarılacağını vəd edib. Ayxanın aldatdığı qadın seyid olub.

Ayxan növbəti dələduzluğunda da Xoşqədəm Hidayətqızının adından istifadə edib. O, zərərçəkən İradə adlı qonşusuna Xoşqədəm Hidayətqızına bir həftəyə 17 000 manat pul lazım olduğunu deyərək ondan həmin məbləğdə pul istəyib.

Qadın isə Ayxanın səmimiyyətinə şübhə etməyərək, evinin təmiri üçün topladığı pulu ona verib. Maraqlıdır ki, Ayxan bir həftəyə həmin məbləği sahibinə geri qaytarıb.

Lakin, üç gün sonra yenə zərərçəkənin evinə gələrək Xoşqədəm Hidayətqızı ilə birlikdə "Səni axtarıram" verilişi üzrə çəkilişlə bağlı Türkiyəyə getməyə hazırlaşdıqlarını, Xoşqədəm xanıma 10 gün müddətinə gedib-qayıtmağa 10 000 ABŞ dolları pul lazım olduğunu, qayıtdıqdan sonra üstündə əlavə hörmət edəcəyini deyərək qaytardığı 17 000 manat pulun ona verilməsini istəyib.

Qadın Ayxanın dediklərinə inanıb bir neçə gün əvvəl qaytardığı 17 000 manat pulu ərinin şahidliyi ilə sayıb ona verib. Ayxan pulu alıb getdikdən bir neçə gün sonra zəng edərək Xoşqədəm xanımla Türkiyədə olduğunu deyib onların orada qalması üçün 5 000 manat pul lazım olduğunu bildirərək, həmin məbləği qardaşı və ya anasının vasitəsilə ona göndərilməsini xahiş edib.

Həmçinin danışarkən ona bildirib ki, Xoşqədəm xanımla Türkiyədə gəlirli bir iş həll edib verdiyi pulları artıqlaması ilə əldə edib Bakıda pulları qaytaracaq. Ayxan bu üsulla zərərçəkəndən daha 5 min manat alıb.

Qonşuları Ayxandan pulu geri tələb edən zaman isə, o, Xoşqədəm Hidayətqızının adından mesaj yazaraq onları arxayın salıb. Mesajların mətnində pulların qısa müddət ərzində geri qaytarılacağı qeyd olunub. Vədlərə bir müddət səbir edən zərərçəkənlər, sonda hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Təqsirləndirilən şəxs zərərçəkənlərə qardaşının DTX-da, anasının müəllim, atasının bələdiyyə sədri işlədiyini bildirib.

Məhkəmə zamanı müəyyənləşib ki, Ayxan Məmmədova məxsus bank kartına iki il müddətinə 485 206 (dörd yüz səksən beş min iki yüz altı) manat məbləğində depozit edilib. O, bu məbləğin 139 013,90 manatını çıxarış edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2890   Tarix: 19 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr