Oğuzda idman dərsində ölən qızın FOTOSU
Xəbər verdiyimiz kimi, Oğuz rayonunda 11-ci sinif şagirdi dərs zamanı ölüb.
Sonxeber.az metbuat.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib. Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarima Əhməd qızı Əzizova məktəbdə idman dərsi zamanı qəfil halı pisləşib. 16 yaşlı Z.Əzizova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da dünyasını dəyişib.
İlkin ehtimala görə, məktəblinin ölümünə səbəb ürək tutması olub.
Məktəb rəhbərliyi baş verən hadisə ilə bağlı şagirdin ailəsinə başsağlığı verib:
"Çalışqanlığı ilə öz yaşıdlarından fərqlənən, ağlı, tərbiyəsi ilə daim seçilən Zarema kimi bir şagirdi itirmək və onun haqqında belə bir məlumatı paylaşmaq bizim üçün olduqca çətindir. Zarema üçün artıq əlimizdən üzülməkdən başqa bir şey gəlmir. Əziz şagirdimiz Zaremanın ailəsinə baş sağlığı verib, Allahdan rəhmət diləyirik! Məkanın cənnət olsun, əziz şagirdimiz!".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3484 Tarix: 19 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr