"Ali məktəbə daxil olan qız uşaqlarının təhsil haqqını dövlət ödəməlidir" - Razi Nurullayev
Milli Məclisin deputatı Razi Nurullayev 600-dən yüksək bal toplayan tələbələrlə görüşüb.
Sonxeber.az xəbər verir ki, Razi Nurullayev İmişli deputatı kimi onlarla qürur duyduğunu deyib. O, yüksək bal yığan tələbələr arasında 6 xanımın olmasını İmişli üçün böyük göstərici hesab edib.
"Aran rayonlarında qız uşaqlarının təhsil almasıyla bağlı problemlər var. Mən özüm Xəlfəli kəndində böyümüşəm, oxumuşam, orda 6-7-ci sinifdən sonra qız uşaqlarını məktəbə buraxmırdılar. Bu gün bizim rayonda bu sahədə inkişafın getməsi məni sevindirir. Mən hesab edirəm ki, Azərbaycanda qız uşaqlarının təhsilinə daha böyük qayğı lazımdır. Mən parlamentdə də bir təklif verdim ki, qız uşaqları əgər ali məktəbə daxil olursa, onların təhsil haqqı mütləq şəkildə dövlət tərəfindən ödənilməlidir.
Azərbaycanda qız uşaqlarının 100% təhsilinə nail olmalıyıq və bu mənim arzumdur.
Çünki Azərbaycanda uşaqların yetişdirilməsində, tərbiyəsində qadınlar mühüm rol oynayır. Qız uşaqlarının təhsilli olması Azərbaycanın inkişafı, Azərbaycanda sağlam ailələrin olması deməkdir" ,- deyə millət vəkili qeyd edib.
Qeyd edək ki, tədbirdə İmişli icra hakimiyyətinin nümayəndəsi Rüfət Muradov, Milli Cəbhə Partiyasının nümayəndələri də iştirak ediblər.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR