Alim Qasımovun eks-kürəkəni Ali Məhkəməyə çıxarılır
Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurladığına görə həbs edilən keçmiş kürəkəni Elnur Mövlamov ona verilən cəza ilə razı deyil.
"Qafqazinfo" xəbər verir ki, Elnur Mövlamov bununla bağlı Ali Məhkəməyə şikayət edib. O, ona verilən ittihamla razılaşmadığını və azadlığa buraxılmasını istəyir. İşə sabah Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Elnur Mövlamov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə soyğunçuluq və dələduzluqda təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi onun həbs müddətini 8 ilə endirib.
Ətraflı
İş üzrə zərərçəkmiş qismində Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qızı Fərqanə Qasımovanın prodüseri Rəşadət Fərzəliyev tanınıb. Tamilla Aslanovaya dəymiş ziyanın miqdarı 51 620 manat olub.
F. Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1476 Tarix: 19 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr