Otellərə girərkən "zaks" tələb olunmalıdır ? - ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, Bakıda 16 yaşlı qız zorlanıb. Hadisədən sonra 2006-cı il təvəllüdlü R.M Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə ərizə ilə müraciət edərək, rayon ərazisində yerləşən otellərin birində oğlan tanışı tərəfindən zorlandığını bildirib. Daxil olan şikayət əsasında rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanıb.
Bəs bu kimi hallara görə kim məsuliyyət daşıyır ?
Mövzu ilə bağlı Azərbaycan Hotellər Assosiasiyası ilə əlaqə saxladıq.
Assosiyasiyadan bildirildi ki, otelə giriş şəxsiyyəti təsdiq edən sənədlə olmalıdır. Hər kəs otelə daxil olarkən qeydiyyatdan keçməlidir. Hər hansı bir hadisə baş verərsə, vətəndaşın şəxsiyyəti bəlli olmalıdır. Bu hər bir otel üçün zəruri qaydadır. Nigah şəhadətnaməsinin tələb olunması bağlı isə hər hansı məhdudiyyət yoxdur. Otelə hər yaşda insan daxil ola bilər.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, turizm haqqında qanuna əsasən, otellərə giriş-çıxış sərbəstdir.
"Biz hüquqi dövlətdə yaşayırıq, digər dövlətlərdə belə qanunlar yoxdur. Əgər nigah şəhadətnaməsi və digər şərtlər tələb olunarsa, turizm sektorunun inkişafına zərər gələcək. Xarici ölkələrdən gələn turist sayı azalacaq. Ölkənin demokratiya imicinə də mənfi təsir göstərəcək. Həmin cinayətlərin statistikasına baxsaq, bizdə digər ölkələrə nisbətən elə də yüksək deyil. Oteldə müəyyən məsələlər var ki, bunu otelin öz daxili qaydaları ilə tənzimləmək olar. 18 yaşına çatmayan insanlardan müəyyən sənəd tələb oluna bilər. Qanunvericilikdə otellərlə bağlı hər hansı məhdudiyyətin qoyulması gözlənilmir".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR