Şəkər xəstəsi olan Əməkdar artistin son durumu: "Ürəyinin cəmi 30 faizi işləyir"
Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan tanınmış xanəndə, Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vəziyyətində irəliləyiş var.
Bunu "Report"a açıqlamasında xanəndənin qızı Aygün Abdullayeva deyib.
O bildirib ki, atası 18 gündən sonra qida qəbul edib:
"Dünən axşamdan yemək yeməyə başlayıb. Çox sevinmişik. Şəkər xəstəsi olduğu üçün ayağındakı qanqren narahatlıq verir. Həkimlər müayinə ediblər. Uzun müddət ac qaldığı üçün orqanizm zəifləyib. Ürəyinin cəmi 30 faizi işləyir, damarlarının vəziyyəti də yaxşı deyil. Həkimlər bildirdilər ki, ümumi halı yaxşılaşsa, müalicə aparılar və ayağı amputasiya edilə bilər".
A.Abdullayeva atasına göstərilən diqqətə görə hər kəsə təşəkkür edib: "Hər cür dəstək göstərirlər. Minnətdaram".
Qeyd edək ki, S.Abdullayev 1939-cu ildə anadan olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1288 Tarix: 19 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr