"Bakı o qədər yüklənib ki, BİR AZDAN AŞACAQ" - "Kəndlərdə şərait olsa, CAMAAT QAÇMAZ" - Deputat
"Paytaxtdakı tıxac problemini yaradan ən əsas səbəb şəhərin yüklənməsidir. Dəfələrlə bu barədə danışmışıq, parlamentdə çıxış etmişik ki, şəhər boşalmalıdır".
Bu fikirləri News24.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.
O bildirib ki, müəyyən nazirliklər Bakıdan Gəncəyə köçürülməlidir: "Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Bakıda nə işi var? Bakıda kənd təsərrüfatı var? Yaxud da Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və ya Ekologiya Nazirliyini nümunə üçün deyə bilərik. Bəzi qurumlar rayonlara köçürülməlidir. Beləliklə, həm rayonlar inkişaf edəcək, həm də şəhər boşalacaq.
Digər bir məsələ universitetlərdir. Ali təhsil ocaqları paytaxtdan rayonlara köçürülməlidir. Xırdalanda yerləşən Bakı Mühəndislik Universitetini qeyd edə bilərik. Şəhərdən kənarda yerləşir və öz yataqxanası var. Türkiyədə universitetlərin əksəriyyəti şəhərdən kənarda yerləşir".
A.Abbasın fikrincə, kəndlərdə şərait olsa, camaat qaçıb, Bakıya gəlməz: "Kəndlərdə əkinçilik inkişaf etsə, sahələri sulama imkanları normal olsa, insanlar yaxşı məhsul götürə bilsə, Bakıya gəlməzlər. Problemlər çoxdur, bir deyil, iki deyil. Şəhərin də bir yükgötürmə norması var. Bakı o qədər yüklənib ki, bir azdan aşacaq".
O, insanların davranışının da tıxacların azalmasında rol oynadığını bildirib: "Belçikanın paytaxtı Brüsseldə dar küçələrdə hərəkət edən tramvaylar var. Həmin küçələr Bakıdakılardan da dardır, amma tıxac yoxdur. Çünki onlarda piyada mədəniyyəti var. Onlarda qadağan olan yerdə heç bir sürücü maşınını saxlamır. Bu, təfəkkürün düzgün formalaşması ilə əlaqədardır. Bizdə insanlar piyada keçidlərini görməzdən gəlib, asfaltın ortası ilə hərəkət edirlər. Bəzi sürücülər də maşını elə sürür ki, gərək onlarla dalaşasan. Mən də o yaşda olmadığım üçün şəhərdə maşın sürmürəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR