Vitrin və kassadakı qiymət fərqi: Müştərilər aldadılır? - AÇIQLAMA
Supermarketlərdə məhsulların piştaxtadakı qiyməti ilə əsl qiyməti üst-üstə düşmür. Dəfələrlə təkarlanan bu hal son zamanlar geniş yayılıb. Alıcılar tez-tez şikayət edirlər ki, məhsul kassaya vurulanda fərqli qiymət çıxır. Yəni malın piştaxtada olan qiyməti kassada daha artıq hesablanır.
İqtisadçı ekspert Mahir Zeynalov Sonxeber.az-a açıqlamasında bildirib ki, bu hal çox vaxt endirim kartı keçərli olan məhsulların qiymətində baş verir:
"Əslində bu, doğru hal deyil. Bir çox hallarda elə müştərilər var ki, bir səbət məhsul alırlar və kassaya yaxınlaşanda qiymətlərə heç fikir vermirlər. Məsələn, bir neçə zənbil məhsul götütürlər və heç baxmırlar ki, qiymət nə qədər olub. 100-150 manatlıq alış-verişdə bu o qədər də hiss olunmur. Amma az məhsul alanda diqqət yetirmək olur ki, belə hallar var. Bunu marketdən araşdırıb soruşanda texniki səhv kimi qələmə verirlər. Bəzən deyirlər ki, məsələn, pendirin orada göstərilən qiyməti endirim qiymətidir, kimin endirim kartı varsa ona aiddir. Amma bunu həmin anda istehlakçı bilmir. Bunu kassaya yaxınlaşanda, yaxud özü soruşanda öyrənir. Yəni məlum olur ki, bu qiymət həmin müştəriyə aid deyil. Çünki çox adamın endirim kartı yoxdur. Əslində belə bir texniki səhv olmamalıdır. Bu, əsaslandırma üçün səbəb ola bilməz.
İstənilən halda, bu, istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır. Bunun qarşısını almaq üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayətlə müraciət etsinlər. İstehlakçılar bununla bağlı özləri etiraz etməlidirlər ki, tədbir görülsün. Onların hüququdur ki, kassa çeklərinə baxıb tələb etsinlər".
Ekspert bildirib ki, bunun əlavə dəyər vergisi ilə heç bir əlaqəsi yoxdur:
"Əlavə dəyər vergisinin bu məsələyə aidiyyəti yoxdur. Çünki qiymət neçəyə vurulsa, kassada qeydə alınan qiymətin ƏDV-sini ödəyir. İstər aşağı qiymətlə, istərsə də yuxarı qiymətlə olsun. Yəni dövriyyə nə qədər qeydə alınırsa, ona uyğun da ƏDV ödənilir".
Nuranə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR