"Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla 44-cü, ümumilikdə isə 176-cı görüş baş tutdu
"Artıq bir ildən çoxdur ki, daha dəqiq desək ötən ilin avqust ayının 4-dən etibarən böyük bir yola çıxdıq. Bütün regionlarda "Səyyar qəbul otağı" quruldu. Məqsədimiz sizin qaz təsərrüfatına dair üzləşdiyiniz çətinlikləri yerlərdə dinləmək və yardımçı olmaqdan ibarətdir. Bu gün də ümumilikdə 176-cı, sahibkarlarla isə 44-cü dəfə baş tutan görüşdə sizləri dinləmək üçün burdayıq."
Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Samux rayonunda baş tutan "Açıq mikrofon" aksiyasında bildirib. Aksiyaya üz tutan sahibkar Əhməd Abdullayev baş direktorun müavininə müraciət edərək istehlak etdiyi təbii qaza görə yaranan debitor borcu ödəmək üçün hissə-hissə ödəniş etməsinə şərait yaradılmasını və istixanada qazın açılışının təmin olunmasını xahiş edib. Digər sahibkarlıq subyekti Samir Salmanov isə mövsümün sonunadək güzəşt olunması ilə bağlı çıxış edib. Aksiyanın imkanlarından sahibkarlarla yanaşı, sakinlər də yararlanıblar. Vətəndaşlar qaz xəttinin yerinin dəyişdirilməsi, qapı keçidinin quraşdırılması, küçə qaz xəttinin çəkilişi, fərdi yaşayış evinə əlavə sayğacın quraşdırılması ilə bağlı müraciət ediblər. Baş direktorun Satış üzrə müavini Rəşad Cavadov istər sahibkarların, istərsə də sakinlərin suallarını cavablandıraraq daxil olan müraciətlərin SOCAR "Azəriqaz" İB-nin rəhbərinə təqdim olunacağını vurğulayıb. Birlik rəsmisi ötən il ilə müqayisədə müraciətlərin azaldığını da qeyd edərək bundan sonra da sahibkarlara lazımi dəstəyin veriləcəyini və bu görüşlərin mütəmadi olaraq təşkil olunacağını deyib.
Məlumat üçün bildirək ki, görüşdə Birliyin məsul şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, habelə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəhbər şəxsləri də iştirak ediblər.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR