"Zəngilan Beynəlxalq Hava Limanı bu rayonu Azərbaycanın ən inkişaf etmiş bölgəsinə çevirəcək" - Eldəniz Əmirov

"Zəngilan Beynəlxalq Hava Limanı bu rayonu Azərbaycanın ən inkişaf etmiş bölgəsinə çevirəcək" - Eldəniz Əmirov"Ad olaraq "Zəngilan Beynəlxalq Hava Limanının açılışı" olsa da əslində mahiyyət daha dərindir. Yəni, mahiyyət aeraportdan daha böyükdür. Bu hava limanı perspektivdə təkrar böyüdüləcək və Azərbaycanın əsas Bakı hava limanı ilə rəqabət apara biləcək hava limanına çevriləcəkdir. Düzdür, göstəriciləri yaxşıdır. Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, terminalın buraxılış qabiliyyəti saatda 200 sərnişindir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcəkdir. Amma sülh müqaviləsindən və zərərli qonşuların zərərsizləşdirilməsi proseslərindən sonra bu hava limanı 200 sərnişinlə kifayətlənməyəcək".

Bunu Sonxeber.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
"Zəngilan Beynəlxalq Hava Limanı bu rayonu Azərbaycanın ən inkişaf etmiş bölgəsinə çevirəcək" - Eldəniz ƏmirovO bildirib ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə bu rayon Azərbaycanın ən inkişaf etmiş rayonuna çevriləcək.

"Şuşa mənəvi mərkəz olsa da, Zəngilan iqtisadi güc mərkəzi olacaq. Yaranacaq vəziyyət özü tədricən Zəngilanı belə bir mərkəzə çevirəcək. Bunun da müəyyən ciddi səbəbləri var. Şərq və Qərb dəhlizi haqda eşitməyən yoxdur. Amma bu dəhlizin özü də 3 fərqli marşrutlar üzrə uzanır. Bu dəhlizlər belə adlanir:
Yuxarı dəhliz, Orta dəhliz və Aşağı dəhliz.
Yuxarı dəhliz marşrutu: Çin/Yaponiya/Cənubi Koreya –Rusiya – Azərbaycan – Gürcüstan – Türkiyə / Qara dəniz və Avropa
Orta dəhliz marşrutu: Çin – Qazaxıstan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə / Qara dəniz və Avropa
Aşağı dəhliz marşrutu: Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə / Qara dəniz və Avropa
Göründüyü kimi, bu 3 marşurutun heç biri işğaldan azad etdiyimiz ərazilərdən keçmir. Hazırda ən aktual və işlək olan orta dəhliz hesab edilir. Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir.
Bu dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.
Amma bu dəhliz Zəngilan rayonundan, Zəngəzur dəhlizindən keçərək Türkiyəyə getsəydi, bu zaman Gürcüstandan keçməzdi. Bu isə daha az zaman, daha qısa yol, daha az xərc deməkdir. Perspektiv hədəflər də budur.
Hələ Orta Asiya ölkələri ilə getdikcə artan əlaqələr, gələcəkdə Aşağı dəhlizin imkanlarını genişləndirəcək. Qırğızıstan, Özbəkistan və Türkmənistanın da Avropoya çıxışları Aşağı dəhlizin Zəngilan marşurutu üzrə baş tutacaq. Bu da işğaldan azad edilmiş ərazilərə öz töhfəsini verəcək.
Hələ bu da son deyil. Türkiyənin Orta Asiyaya çıxışı məsələsi də var. Türkiyə ötən il 496 milyard dollarlıq bir ticari dövriyyəsi olan ölkədir. Orta Asiya ölkələrinin xüsusi çəkisi çox bərbad səviyyədədir. Ona görə ki, logistik imkanlar məhduddur. Zəngəzur layihələri reallaşandan sonra Orta Asiya ilə Türkiyəni ayıran ciddi maneə aradan qalxacaq. Vahid Türk dünyasının inteqrasiya problemi həll olunacaq, böyük ticari dövriyyələr formalaşacaq.
Bir sözlə, kimi hansı konteksdən baxsaq, Zəngilanın regionun digər inzibati rayonlarını inkişaf baxımından geridə qoymaq şansı böyükdür. İllər sonra isə Zəngilanda dəniz sahilində olmayan Azərbaycanda birinci, dünyada isə az saylı Azad İqtisadi Zonalardan birinin yaradılması mümkündür.
Göründüyü kimi gələcək haqqında xeyli müsbət məqamlar var. Amma ilk növbədə regionun taleyini dəyişəcək "sülh müqaviləsi"nə ehtiyac var. Azərbaycan tərəfinin müharibə bitdikdən sonra apardığı diplamatiya onu deməyə əsas verir ki, həmin sülh elə də uzaq deyil".

AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1945   Tarix: 20 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr