"2 il əvvəl azad olunan Zəngilan artıq beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilir" - Sevil Mikayılova
Bu gün Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı olduqca əlamətdar hadisədir. Yeni hava limanı bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrmək üçün geniş imkanlar yaradır. Bir sözlə 2 il əvvəl Zəngilan artıq beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilir.
Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, 44 günlük Vətən müharibəsinin hər günü Azərbaycan tarixi üçün böyük zəfərin tərkib hissəsidir. 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri bir addım belə geri çəkilmədən irəliyə doğru gedirdi. Zəngilanın azad edilməsi də qazandığmız zəfərin tərkib hissəsidir. Bu gün artıq Zəngilanda Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə hava limanının açılışı isə növbəti tarixi hadisədir:
"Digər ərazilər kimi Zəngilan rayonu da həm tarixi-mədəni əhəmiyyətinə, həm də strateji mövqeyinə görə Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Zəngilanın azad olunması ilə İranla olan 132 kilometr sərhəd bərpa edildi. Zəngilanın azad olunması üçün keçirilən əməliyyat Vətən müharibəsində aparılan növbəti uğurlu döyüşlərdən biri oldu. 2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilanın işğaldan azad olunduğunu açıqladı".
Onun sözlərinə görə, digər azad olunmuş ərazilərimiz kimi Zəngilan da ermənilər tərəfindən dağıdılıb, talan edilib. İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olub. İşğal dövründə bütün abidələr, o cümlədən rayonun bütün infrastrukturu erməni vandalları tərəfindən məhv edilib:
"İşğal dövründə ermənilər Zəngilanın füsünkar təbiətinə qarşı da ekoloji terror törədiblər, meşələr məhv edilib, rayon ərazisində olan qızıl yatağı, qara mərmər yatağı və digər təbii sərvətləri talan edilib".
Deputat onu da əlavə edib ki, bütün azad olunan ərazilərdə olduğu kimi bu gün Zəngilanda da sürətli bərpa-quruculuq işləri aparılır. Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur:
"Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası xüsusi qeyd etmək lazımdır. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR