"Ora qayıtmaq fikrimiz yoxdur" - Azərbaycanlıların Ukraynadakı təhsili necə davam edir?
"Ukrayna universitetlərində oxuyan azərbaycanlı tələbələrin əksəriyyəti hazırda Bakıdadır və təhsillərini onlayn davam etdirirlər".
Bunu Azvision.az -a açıqlamasında Xarkov şəhərində Daxili İşlər Universitetinin tələbəsi Ayxan Qurbanov deyib.
Ayxanın qardaşı Zaur da eyni universitetdə Hüquqşünaslıq fakültəsində oxuyur. Onlar Rusiyanın Ukraynaya hücumlarından sonra bir çox azərbaycanlı tələbə kimi Xarkovu tərk ediblər.
O, Ukraynaya yenidən qayıtmaq fikrində olmadığını deyib:
"Təhsilimizi onlayn davam etdiririk. Yəni Ukraynada tədris dayanmayıb. Amma yaxın vaxtlarda ora qayıtmaq fikrimiz yoxdur. Çünki Xarkovdan olan dostlarımızla danışırıq, hazırda orada vəziyyət yaxşı deyil".
Ayxan deyir ki, tanıdığı azərbaycanlı tələbələrdən Ukraynaya qayıdanlar da var:
"Ukraynalı dostlarımızın və onların "Telegram" kanallarının məlumatına görə, yeni ilə qədər müharibə bitəcək. Bitsə, təbii ki, təhsilimiz üçün yenidən Ukraynaya qayıdacağıq. Həmişəlik orada qalmaq fikrim yoxdur. Amma qardaşım qayıdacaq. Bizim əşyalarımız, bir çox sənədlərimiz orada qalıb. Ən əsası yanvarda magistratura təhsilim bitəcək və diplomumu götürmək üçün getmək məcburiyyətindəyəm. Ukraynada təhsil hazırda onlayndır. Biz də əvvəl deyirdik ki, qayıdaq. Bir ay ərzində hazırlaşdıq və yenidən şəhər bombalananda bu fikrimizdən vaz keçdik".
Ayxan bildirib ki, azərbaycanlı tələbələrdən bəziləri hadisələrə görə təhsillərini Avropa ölkələrinin universitetlərində davam etdirmək seçimini ediblər:
"Mənim də təhsilimi Çexiya, ABŞ və digər ölkələrin universitetlərində davam etdirmək şansım var idi. Çünki Avropa ölkələri təhsil baxımından daha məsləhətlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR